Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Hikmət və həyatGəlirdim yollarından,Min bir xəyallarından.Gəl bir qol-budaq olaq,Həmayil qollarında.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlmişəm görüm səni,Qəlbimə hörüm səni,Qapı-baca bağlanıb,Bəs hardan görüm səni?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGöyçə gözüm göyərdi,Analığım söyərdi.Yumruğuna qıymazdı,Toxmaq ilə döyərdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGöyərçin, alabaxta,Yuvası qəlbi taxta.Məni vuran bəy oğlu,Qan qussun laxta-laxta.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGül əkdim şaxta vurdu,Nə yaman vaxtda vurduBimürvət ovçu məniYardan iraxda vurdu.–Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGüləm, gülə neylərəm?Gülə xidmət eylərəm.Versələr öz gülümü,Özgə gülün neylərəm?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGülü biçənə qurban,Suyu içənə qurban.Kişmir geyib sallanır,Burdan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGün çəkilib batanda,Gündüzə şər qatanda,Ovçu, əlin qurusun,Marala ox atanda.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGündür gəlir, boş keçir,Ömrü günə qoş, keçir.Keçən gün keçdi, getdi,Gələn günü xoş keçir.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatHaray ellilər, haray,Şana tellilər, haray.Köçümü sel apardı,Əli bellilər, haray.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXalların üz qarası,Yaxşıdı göz qarası.Hər qara, yuyulsa da,Yuyulmaz üz qarası.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXan pişiyim sərhasər,Çölə çıxma, yel əsər.Qonaq bu il burdayam,Gələn il də sərhasər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXan yanında nökərəm,İşim yoxdur, bekaram.Toycünü gətirməsən,Başında turp əkərəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXançalı işlə yolla,Üstün gümüşlə yolla.Yanına beş alma qoy,Birini dişlə yolla.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXəbər getsin o yada,Yatmış könlüm oyada,Bivəfaya sirr vermə,Gedər deyər o, yada.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXınanı teldən qoyar,Kəməri beldən qoyar.Gözüm görməz o yarı,Sevdiyin əldən qoyar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXırdaca cib biçağı,Oldum ellər qaçağı.Bir səhər gül, bir axşam,Bir də günorta çağı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXırdaca nar kolları,Qırılıbdı qolları.Bilsəm hardan gəlirsən,Gözlərəm o yolları.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXoş gün bayramın olsun,Günəş seyranın olsun.Niyə gej-gej gəlirsən,Canım qurbanın olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXoş günüm ayda getdi,Tor qurdum, çayda getdi.Mən günləri sayırdım,Tez gəldi, ay da getdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatXoya gəl, Mərəndə gəl,Bağdan bar dərəndə gəl.Sağlığında gəlmədin,Barı can verəndə gəl.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatİrəfə düzdüm kasa,Kim endirə, kim asa.Sən orda şadlıq eylə,Mən burda batım yasa.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatİstəmədim yad olsun,Nişan aldım ad olsun.Yardan mənə xəbər yaz,Mənim könlüm şad olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatİşini al ələ sən,Ömrü vermə yelə sən.Hər işdə səbirli ol,Peşman olar tələsən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatKeçdi bizim çağımız,Xəzan oldu bağımız.Yel əsdi, yağış yağdı,Töküldi yarpağımız.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatKəkliyəm, fərəm sənsiz,Düşübdür pərən sənsiz,Yad eldə, yad ölkədə,İnan, gülmürəm sənsiz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatKəmər bağla belinə,Şərbət verim əlinə,Sən gəlinim olandaXına qoyum telinə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQala gərək, bürc gərək,Darvazası tunç gərək.El qapısın açmağaSel kimi bir küç gərək.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQapıda durma yetim,Boynunu burma yetim.Kirpiyini ox edib,Canıma vurma, yetim.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQaşın kim ala bilər?Gözün kim ala bilər?Səni mənim əlimdən,Görüm kim ala bilər?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQaşların yay mənimçÜn,Yanağın ay mənimçÜn.Mən ölsəm sənə qurban,Sən ölsən vay mənimçün.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQaşların zülqədəri,Ucları mil qədəri.Hər səhər üzün görsəm,Açılar gül qədəri.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQərənfiləm, al xaram,Açılmağa qorxaram.Ay camalını grsəm,Xəstə olsam qalxaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQərənfiləm, qələmsiz,Qərarım yoxdu sənsiz.Yorğanına od düşsün,Necə yatırsan mənsiz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQərənfili dərəndə,Dərib yerə sərəndə,Əziz günüm o gündü,Səni tənha görəndə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQərənfilim qutuda,Ala gözlər yuxuda.Mən səndən əl çəkmərəm,Girməyincə tabuta.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQolunda var qüvvətin,Arzum var olsun mətin,El yolunda baş qoyan,Qazanar el hörmətin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQuşlar göldə üzərlər,Tərlan kimi süzərlər.Sənə tay ola bilməz,Yüz obalar, yüz ellər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatQuzum gəl, ay quzum gəl,İşıqlı ulduzum gəl.Özgə qurban kəsmənəm,Sənə qurban özüm, gəl.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatLələ bir kümə tikdi,Ağzını günə tikdi.Özü köç üstündədi,Küməni kimə tikdi?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMaral baxar təpəyə,Özün yıxar təpəyə.Oba sahibsiz olsa,Donuz çıxar təpəyə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMaral oxdan qaçıbdır,Qannan, çoxdan qaçıbdır.Ellərə xəbər olsun,Yağı çoxdan qaçıbdır.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMaralın izi qanlı,Topuğu, dizi qanlı.Ovçular ov vurdular,Tutdular bizi qanlı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMəcməyidə gavalı,Yedim, oldum havalı.Qonşuda bir qız sevdim,O da çıxdı davalı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMən gedəndə qış idi,Güllər doli quş idi.İstədim namə yazım,Barmaqlarım üşüdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNaxırda ağ inəyim,Ağılda sağ inəyim.Kömürdən qara yandı,Kağızdan ağ ürəyim.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNal istəsən, məndə nal,Sən atın al, mən də nal.Sinəm əttar dükanı,Nə istəsən məndən al.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNamazım qəza qaldı,Qılmadım, qəza qaldı.Nə qul murazın açdı,Nə günü yaza qaldı.Oxu və paylaş →