Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Bütün mətnlər
- Bayatı · Təbiət və dağlarBu dağlar ahı neylər?Başın külahı neylər?Sən ordan bax, mən burdan,Görək ilahı neylər?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağlar ahı neylər?İgid pənahı neylər?Yarsız dirilməz Səməd,Təbib yüz ovsun eylər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu dağlar bizə sarı,Dolan gəl bizə sarı.Qürbətdə qalan canım,Çəkərsən yüz azarı.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağlar daşım oldu,Sirim-sirdaşım oldu.Mənə təsəlli verən,Yenə göz yaşım oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağlar hara qaldı,Gəzmədim, sara qaldı.Yar sevdim apardılar,Könlumə yara qaldı.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağlar hürü dağı,Duman, gəl bürü dağı.Ölü dağı çəkilər,Sağalmaz diri dağı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağlar kömürdəndi,Keçən gün ömürdəndi.Gözəldən vəfa umma,Ürəyi dəmirdəndi.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağlar kömürdəndir,Keçən gün ömürdəndir.Fələyin bir quşu var,Caynağı dəmirdəndir.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağlar, qəlbi dağlar,Boy atıb, qəlbi dağlar,Günü xoş keçməyəndə,Ah çəkib qəlbi dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağlar, qoşa dağlar,Verib baş-başa dağlar.Yarım səndə gəzibdir,Səni yüz yaşa, dağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu dağlar ulu dağlar,Çeşməli, sulu dağlar.Burda bir qərib ölmüş ,Göy kişnər, bulud ağlar.–Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağlar yastı dağlar,Qar üstün basdı, dağlar.Üç ay toylu, bayramlı,Doqquz ay yasdı dağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağların barından,Görmədim nübarından.Mərd olan da dönərmi,Verdiyi ilqarından?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağların başına,Bülbül düşər qaşına.Mahir ovçu düz vurar,Güllə atmaz boşuna.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu dağların qarından,Doymadım nübarından.Zərrəcə eşqi olan,Ayrılarmı yarından?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağların yamacı,Çoxli-çoxli ağacı.Mən bir dərdə düşmüşəm,Yarımdadı əlacı.Oxu və paylaş →
- Bayatı · Ana və ailəBu dərdlər oyar məni,Al qana boyar məni,Ögeydən ana olmaz,Sərgərdan qoyar məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə buz bağladı,Dibi yarpız bağladı.Gəlin vurdu, oxladı,Yaramı qız bağladı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBu dərə buz bağladı,Dibi yarpız bağladı.Getdim dərdsiz yanına,O, məndən çox ağladı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dərə dərin dərə,Suları sərin dərə.Yardan cavab alınca,Yalvarmışam min kərə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə narın dərə,Torpağı narın dərə.Gözləyirəm yar gələ,Qəlbimi narın dərə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə səkməlidi,Burda gül əkməlidi.Mən yarımı tanıram,Dizədək çəkməlidi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə uzun dərə,Getdikcə uzun dərə.Burda bir bağ salmışam,Yar gələ üzüm dərə.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu dövran belə gəlməz,Doğru söz dilə gəlməz.Bu aya vədə verən,Ay dönüb ilə gəlməz?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBu el sənin tayandı,Halım sənə əyandı.Ah çəkdim, duman qalxdı,Göydə quşlar dayandı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu eldə bir danəyəm,Əl dəymə pərvanəyəm.Yarım gedib səfərə,Dərdinnən divanəyəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu əllər yad əlidi,Köməyim dad əlidi.Gedirsən, tez qayıt gəl,Ürəyim zədəlidi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gecə toy olacaq,Qız-gəlin oynayacaq,İlan vurmuş anası,Qızını qoymayacaq.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gecə uyumamışam,Baş yerə qoymamışam.Sən məndən doymusansa,Mən səndən doymamışam.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gedən can aparır,Düz yolu yan aparır.Aç zülfün yaram bağla,Amandı, qan aparır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gedən yaxşı candır,Sirrin vermə, amandır.Mənim bivəfa yarım,Gör kimə mehribandı!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gələn ah gətirər,Gah tutar, gah gətirər.Yardan əli üzülən,Kimə pənah gətirər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gələn haralıdır?Dağların maralıdır.Əyil üzündən öpüm,Ürəyim yaralıdır.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gələn naza bənzər,Yerişi qaza bənzər.Sən gələn gün evimdə,Qış olsa, yaza bənzər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gələn özün bilməz,Danışa sözün bilməz.Hər gəlib su dolduran,Çeşmənin gözün bilməz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gələn Salahdımı?,Dəryadan sel axdımı?Canansız can gəzdirmək,Aşiq der: salahdımı?Oxu və paylaş →
- Bayatı · Ana və ailəBu görünün qaladır,Dörd bir yanı taladır.Yarı sevmək şirindir.Ayrılmaq bir baladır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu xəbər nə xəbərdir?Yaram qəhər-qəhərdir.Bir yanım köcüb gedib,Bir yanım bixəbərdir.Oxu və paylaş →
- Bayatı · Ana və ailəBu qala bir qaladır,Dörd bir yaanı taladır.Ayrılmaq asan işdir.Görüşmək bir baladır.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu qala, daşlı qala,Çınqıllı, daşlı qala.Qorxuram qərib öləm,Yar gözü yaşlı qala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu qala, daşlı qala,Çınqıllı, daşlı qala.Qorxuram yar gəlməyə,Gözlərim yaşlı qala.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu maral sayıq deyil,Yatıbdır, ayıq deyil.Qürbətdə tək qalmağın,Adına layiq deyil.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu sazı alan gəlməz,Oxuyub-çalan gəlməz,İgidi öldürsələr,Dilinə yalan gəlməz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yer ellər yeridi,Şana tellər yeridi.Qaysaqlanmış yarama,Təzə millər yeridi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerdə binə qaldı,El köçdü, binə qaldı.Qəmdən bir ev tikdirdim,Bilmədim kimə qaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBu yerdə su dayandı,Od gəldi, suda yandı.Dərdimi suya dedim,Alışdı, su da yandı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerin xanıyam mən,Eşqin sultanıyam mən.Yerbəyerdən vurursuz,Məgər moltanıyam mən?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerlər tala yeri,Bürc yeri, qala yeri.Qiyamət o gün qopar,El köçə, qala yeri.Oxu və paylaş →