Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Vətən və qürbətŞirvanın küçələri,Banlayır beçələri.Çağırdım öz yarımı,Hay verdi neçələri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın təlx üzümü,Yeməyə təlx üzümü.Səndən əl götürmərəm,Danlasa xalq üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın yastı dağı,Su gəldi basdı dağı,Gedirdim yar yanına,Yağılar kəsdi dağı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın yastı yolu,Su gəldi basdı yolu.Gedirdim yar görməyə,Namərdlər kəsdi yolu.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTamburun teli mənəm,Şirvanın yeli mənəm.Girəydim qız qoynuna,Cənnətin gülü mənəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbriz mənəm, Xoy mənəm,Gözlərindən doymanam.Versələr dünya malın,Səni əldən qoymanam.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbriz mənim zəmimdir,Dərya üstə gəmimdir.On tümən ziyanım var,Min tümən çəm-xəmimdir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbriz üstü barıdı,Əlçatmaz, yuxarıdı.Düşmən gəlsə basılar,Tək deyil, arxalıdıOxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbriz üstü daşlışı,Torpağı zər qaşlıdı.Dindirməyin Təbrizi,Gözləri qan yaşlıdı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbriz üstü Marağa,Zülfün gəlmir darağa.Yardan xəbər gəlmədi,Mən düşmüşəm sorağa.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbrizdi vətənimiz,Durmadı yatanımız.Qolları bağlı getdi,Dili söz tutanımız.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTəbrizin küçələri,Banlayır beçələri.Sənsiz gözüm yol çəkir,Bu uzun küçələri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTərlan sara yetmədi,Dərdə çara etmədi.Günüm qürbətdə keçdi,Əlim yara yetmədi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətTufan qopar, el ağlar,Çaylar daşar, sel ağlar.Qəriblikdə ölənin,Yasın tutar, el ağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətYağı gəldi yanıma,Susamışdı qanıma,Döndüm qürbət ellərdən,Qüvvət gəldi canıma.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətYetiməm, atam yoxdur,Qəribəm, butam yoxdur.Düşdüm qəm dəryasına,Qolumdan tutan yoxdur.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətYol vermə yada, Təbriz,El gedər bada, Təbriz,Sənin həsrətindəyəm,Can sənə fəda, Təbriz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətZərliyəm, zərd olmuşam,Qüssədən dərd olmuşam.Qürbətə gələn gündən,Biyabangərd olmuşam.Oxu və paylaş →