Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Təbiət və dağlarSən məni ağlar qoydun,Sinəmi dağlar qoydun.Öldün canın qurtardı,Qapımı bağlar qoydun.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSən mənim ağa dostum,Gəl gedək bağa dostum.Gözlər bahar buludu,Qorxuram yağa dostum.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSəni bülbül bilərdim,Sarı sünbül bilərdim.Bağçamızda açılmış,Bir qızılgül bilərdim.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSonayam, göl üstəyəm,Bülbüləm gül üstəyəm.Gəl bir, qol-boyun olaq,Gedirəm yol üstəyəm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSu gələr milləndirər,Bağçanı gülləndirər.Dərdlini dindirməyin,Dərd onu dilləndirər.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSünbülləri bağlaram,Ürəkləri dağlaram.Gecə-gündüz yolunda,Ah çəkərəm, ağlaram.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarŞərbətə fincan gəti,Laləyə mərcan gəti.Görüşümə gələndə,Cismimə bir can gəti.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarTalada quzu gördüm,Bir maral izi gördüm.Endim bulaq üstünə,Sevdiyim qızı gördüm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarTəbriz üstü Miyana,Qızılgülə boyana.Oxu, bülbülüm, oxu,Bəlkə yarım oyana.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarTufan gələr, dağ əsər,Yel vurarda bağ əsər.Yar yadıma düşəndə,Ürəyim zağ-zağ əsər.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarTutmadı dağlar məni,Bülbüllü bağlar məni.Qəribəm, bir kəsim yox,Təkcə yar aölar məni.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarÜstü meşəli dağlar,Həzar peşəli dağlar.El qoynunda yurd salır,Gül bənövşəli dağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarYad gəldi, doldu dağlar,Saraldı, soldu dağlar.Ürəyimin odundan,Yandı, kül oldu dağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarYatıbsan, oyan dağlarAl-yaşıl boyan dağlar.Bura zülmətxanadı,Necədi o yan, dağlar?!Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarZəhmətsiz bir iş olmaz,Dumansız yağış olmaz.Göydə bir bulud olsa,Ondan qarlı qış olmaz.Oxu və paylaş →