Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Tale, dərd və fələkYatmış idim oyandım,Dərdə, qəmə boyandım.Daş olsaydım, ərirdim,Torpaq oldum, dayandım.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkYolum daşlı-qayalı,Hər işdən olum halı.Görəsən heç tapılar,Mən tək başı bəlalı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkZaman gücün bildirdi.Gün görməzi güldürdü.Hərəyə bir gün verdi,Məni dərddən öldürdü.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkZəfəransan, zirəsən,Sən hər dərdi biləsən.O günə qurban olum,Sən qapıdan girəsən.Oxu və paylaş →