Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqEşq oduna qalannam,Yar başına dolannam.Vətəndən ayrı düşsəm,Viran ollam, talannam.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvin dalı qarağat,Qarağatdan yara at.Yardan mənə bir xəbər,Mən də olum farağat.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvləri səkilidi,Reyhanlar əkilidi.İki könül bir olsa,Kim onun vəkilidi?!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvləri yaxın yarın,Boyuna baxım yarın.Gözəldi, göz götürməz,Muncuğun taxım yarın.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏlimdən qaşıq düşdü,Getdi, yaraşıq düşdü.Göründü ay camalın,Aləmə işıq düşdü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim axındımı?Su gəlir. axındımı?Baxın yar gələn yola,Mənzili yaxındımı?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağ çuxaya,Çal kişi, ağ çuxaya.Mənim yarım cavandı,Verdilər ağ çuxaya.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağ səd olar,Ağ sədəf, ağ sədalar.Aşiqin göz yaşları,Məxmərə axsa, dələr.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağ üzündən,Kəfin al yağ üzündən.Səni deyib gəlmişəm,Gəl öpüm ağ üzündən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ağlamazdım,Gülərdim ağlamazdım.Bilsəydim vəfan budur,Sənə bel bağlamazdım.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, Alı mindi,Düratı Alı mindi.Koroğlu təki mən də,Yar, qadan alım indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ay incələr,Gün doğar, ay incələr.Səni görən gözlərim,Nə yatar,nə dincələr.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ay incilər,Yox sizə tay incilər.Sənə baxan gözlərim,Günün gündən incilər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, ayaq sudan,Üzər hey, ayaq sudan.Yarımı suda gördüm,Kəsmərəm ayaq sudan.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim ayaz aldı,Bulud yox, ayaz aldı.Zülfüncə ömrüm vardı,Günbəgün, ay azaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim aydın olsun,Ay doğsun, aydın olsun.Eşitdim yarın gəlir,Gözlərin aydın olsun.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim aydın olsun,Ay doğsun, aydın olsun.İki həsrət qovuşsun,Gözlərin aydın olsun.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, dağıt üzdən,Zülfünü dağıt üzdən.Göylüm elə virandı,Seçmərəm dağı düzdən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, dalda yeri,Yel tutmaz dalda yeri.İki könül bir olsa,Tez tapar dalda yeri.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, gedər, qalmaz,Axar su gedər, qalmaz.Vəfalıya can qurban,Vəfasız gedər qalmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim gədiyindən,Ay doğdu gədiyindən.O yara qurban olum,Dönməz öz dediyindən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim gül alanda,Gül bitmiş Gülalanda.Yarım yadıma düşər,Əlimə gül alanda.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim güldən gözəl,Oxur bülbüldən gözəl.Yar mənə bir gül verib,Özü o güldən gözəl.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim gülsə dağlar,Sal başa gülsəd ağlar.Səndən ayrı gözlərim,İnanma, gülsə də ağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, hara gedim?Haram var, hara gedim?Düşmüşəm eşq oduna,Bilmirəm hara gedim?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim kimi gözlər,Tar çalan simi gözlər.Qaşın kimi qaş olmaz,Gözlərin kimi gözlər?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim küsü bağlar,Dündirmə, küsü bağlar.Mən yara neylədim ki,Yar məndən küsüb ağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim qara xalın,Can alır qara xalın.Ürəyimə xal saldı,Ağ üzdə qara xalın.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim qara saldı,Xalların qara saldı.Yar qalxdı qəm dağına,Özünü qara saldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim qəlbi dağlar,Ağsaçlı, qəlbi dağlar.Yar fəraqı yamandı,Yandırar qəlbi dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, mənə dəydi,Daş atdın mənə dəydi.Fələyin hicran oxu,Qurtuldi mənə dəydi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, məst olaydım,Yar səndən məst olaydım.Bir piyalə ləbindən,Mən içib məst olaydım,Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim nərdivana,Ayaq qoy nərdivana.Yar qədrini yar bilər,Nə bilər hər divana.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim sulu gözlər,Səndəki dolu gözlər.Aşiq hicran çölündə,Oturub yolu gözlər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim üzü maya,Qaş qara, üzü maya.Dağılsın bulud zülfün,Sataşsın gözüm aya.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim üzüm qara,Bağımda üzüm qara,Yar yanına gedirəm,Əlim boş,üzüm qara.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yad apardı,Dad çəkdi, dad apardı.Yara bir gül saxladım,Onu da bad apardı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yar dağıdı,Bu dağlar yar dağıdı.Hər yerdə yuva salsam,Fələk yıxar, dağıdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yar dağıdı,Görünən yar dağıdı.Sinəmin qəm kasasın,Dağıtsa yar dağıdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim yara yazım,Tükəndi çara yazım.Günümün hər vərəqi,Dolubdu, hara yazım?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏzizim, yaralandım,Ox dəgdi, yaralandım.Xəncəl vurdun, dəgmədi,Dilindən yaralandım.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏziziyəm üzə sən,Ürbənd salma üzə sən.Girəsən yar bağına,Bir cüt narın üzəsən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏziziyəm yad əli,Ya divanə, ya dəli.Qiyamət o gün qoparYara dəysə yad əli.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqƏziziyəm, yüz il gəz,Yüz il dolan, yüz il gəz.Vəfalı yar yolunda,Heç gəzməsən, yüz il gəz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGecə uzun, ay batmaz,Dərdlilər gecə yatmaz.Sənun kimi gözəli,Tanrı bir də yaratmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGecələr, zar gecələr,Verməz zinhar gecələr.Ay batdı, Ülkər çıxdı,Gəlmədi yar gecələr.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGedirəm yolum dağdı,Gör nə heyvalı bağdı.Unutmaram yarımı,Nə qədər canım sağdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəl eyləmə qan, gözəl,Qurban sənə can, gözəl.Mən həsrətdən yanıram,Sən də alış, yan, gözəl!Oxu və paylaş →