Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Hikmət və həyatƏzizim ay azaldı,Gün getdi, ay azaldı,Qocalıq yükü gəldi,Ömrümü ayaz aldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay aydına,Tər salar, ay aydına.Zülmətdə qalan başım.Çıxmadı ay aydına.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay azaldı,İl keçdi, ay azaldı.Getdi, kömək qalmadı,Arxalar vay azaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, ay şəkərsən,Həm qəndsən, həm şəkərsən.Bir quru canım qalıf,Alarsan, əl çəkərsən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay utanmaz,Gün doğar, ay utanmaz.Pisin pis əməllərin,Üzünə say utanmaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay üzünə,Gün həsrət ay üzünə.Sən yarın işinə bax,Tül çəkər ay üzünə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, bad apardı,Bad əsdi, bad apardı.Cəfasını mən çəkdim,Səfasın yad apardı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, baxtın olsun,Qızıldan taxtın olsun.Neylərsən qızıl taxtı,Bir qızıl baxtın olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, bir-bir düşər,Ox yaydan bir-bir düşər.Cəfa çəkdigim günlər,Yadıma bir-bir düşər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, bir də görüm,Səni mən bir də görüm.Görmüşəm, doymamışam,Aç üzün bir də görüm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim dad əlindən,Fələyin dad əlindən.Canım cəzana gəldi,Hər gün fəryad əlindən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim damar-damar,Sifətindən qan damar.Şüşə könlüm sınarsa,Bəs onu kimim yamar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim fikr eylərəm,Yolunda fikr eylərəm.Ölsəm də yarın adın,Qəlbimdə zikr eylərəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, gözün aydın,Ay çıxdı, gözün aydın.Yardan sənə xoş xəbər,Sənin də gözün aydın.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim gül üşüdü,Şeh düşdü, gül üşüdü.Güldün, ağlım apardın,Bu necə gülüşüdü?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim günü-günə,Gəl, satma günü-günə.Keçən günə gün çatmaz,Calasan günü-günə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim kəsə gəldin,Yolları kəsə gəldin.Vədə verdin gəlmədin,Ağladım, səsə gəldin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim quşun ağlar.Uçurub quşun ağlar,Var-yoxu gedən mənəm,Kirəkəş nədən ağlar?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim Məməqana,Yol gedir Məməqana.Kəs başım sinən üstə,Qoy batsın məmə qana.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, mən də yetim,Asta get, mən də yetim.Hamı arzuya çatdı,Gün olsun mən də yetim.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, nar ağacı,Bar verməz nar ağacı.İnadımdan keçmərəm,Qurulsa dar ağacı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim necə dönüm,El yatsın, necə dönüm.Kafər dinindən dönməz,Mən səndən necə dönüm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim nə tarazi,Nə daş var, nə tarazi.Kişini tez qojaldar,Arvadın natarazı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim o balıqnan,Dəryada o balıqnan.Bir vədəsiz yel əsdi,Yandıq biz obalıqnan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, oda damı,O bağı, o da damı.Elə ki sən yandırdın,Yandırmaz od adamı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim oda damı,Od yana, qıza damı.Elə ki, sən yandırdın,Yandırmaz od adamı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim səfa gəldin,Xoş gəldin, səfa gəldin.Nə mən öldüm qurtardım,Nə sən insafa gəldin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim üzdən oldum,Söhbətdən, sözdən oldum.Bir bivəfa yolunda,Ağladım,gözdən oldum.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ya saraylar,Yapılmış ya saraylar.Üstümə hücum etdi,Pis günlər, yassar aylar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim yada neylim?Yad oğlu yada neylim?Görür ahu naləmiGəlmir imdada, neylim?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim yarı canım,Yarıdan yarı canım,Yoluna göz dikməkdənQalmayıb yarı canım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm aslandı,Qılınc qından aslandı,Tülküdən aslan olmaz,Aslan elə aslandı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm axşamlar,Çıraq yanar axşamlar.Evli evinə gedər,Evsiz harda axşamlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm can məndən,Cisim məndən, can məndən.Kaman, ox səndən olsun,Hədəf məndən, can məndən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm çönmərəm,Çağırmasan çönmərəm.El-tayfanı ataram,Amma səndən çönmərəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm, gün gələ,Ay çəkilə, gün gələ.Ömrümü bada verdim,Gözlədim xoş gün gələ.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm gündə mən,Kölgədə sən, gündə mən.İldə qurban bir olar,Sənə qurban gündə mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm qar gündə,Yağır qara qar gündə.Yarı görmək istəyir,Ürəyim bu dar gündə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm sinəndə,Ovçu ovun sinəndə.Tifiləm al qoynuna,Bəslə məni sinəndə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏziziyəm yüz yerdən,Əlli yerdən, yüz yerdən.Camalın bayram ayı,Baxışların yüz yerdən?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatFələyin dad əlindən,Olmuram şad əlindənBağlar xəzələ döndü,Töküldü bad əlindən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatFələyin qəhri mənə,Heç gəlməz rəhmi mənə.Aləmə şərbət verdi,İçirtdi zəhri mənə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGecələr, ay gecələr,Gün gedər, ay icələr;Bir dəfə üzün görsəm,Ağlar gözüm dincələr.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGedirəm sərdəşdə mən,Olmuşam sərgəştə mən.Gəlib əcəl fərmanı,Yazılmışam başda mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGetdiyin Məşəd olsun,Yolların gülşad olsun.Səni məndən edəni,Nə gülsün, nə şad olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəl saçını görüm mən,Bir-bir bəndin vurum mən.Eyvana çıx, bax barı,Bir üzünü görüm mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlin bir aş bişirdi.Gözündə yaş bişirdi.Bütün günü işlədi,Elə bil daş bişirdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlin, gəlin, qız gəlin,İncilərin düz gəlin.Yeddi oğul istərəm,Sonbeşigin qız gəlin.Oxu və paylaş →