Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Vətən və qürbətƏziziyəm dilən gəz,Bağda gülə dilən gəz,Qürbətdə xan olunca,Vətənində dilən gəz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏziziyəm yaxşı dur,Yaxşı danış, yaxşı dur.Yaxşı igid yurdunda,Pis qalmasa yaxşıdır.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəmi gəldi, yan gəldi,İçində bir çan gəldi.Vətən həsrəti çəkdim,Gözlərimə qan gəldi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncədən fanar gəlir,Od düşüb yanar gəlir.Binamus yar ucundan,Başıma nələr gəlir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin gədikləri,Şəkərdir yedikləri.Yadıma bir-bir düşür,Yarımın dedikləri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin ocağında,Şam yanar bucağında.Baş qoyum dizin üstə,Can verim qucağında.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin talx üzümü,Yeməyə talx üzümü.Qoyub getmə məni sən,Danlayar xalx üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin təlx üzümü,Yeməyə təlx üzümü.Səndən əl götürmərəmDanlasa xalq üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəzdim dağı, aranı,Seçdim ağdan qaranı,Vətən viran olsa da,Cənnət gördüm oranı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGöy bulud Şirvan ayaz,Yaz məni, Şirvana yaz.Günün yad eldə keçsə,Dərdini Şirvana yaz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGün keçdi pərdə-pərdə,Qatlanıram hər dərdə.Yurdum –yuvam dağılıb,Qalmışam quru yerdə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətHarayladım Təbrizi,Sıxdı hicran, dərd bizi.Biz yuxuda görüşdük,Ayırdı səhər bizi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətXəbəri quş apardı,Vətənə tuş apardı.Gözlədim yar keçəcəkOnda da huş apardı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətİlqarın oldu yalan,Könlümi etdin talan.Ayrılsın ayrı düşsün,Bizə ayrılıq salan.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətİstəkanın qanlıdır,Əl vurma dərmanlıdır.Yurdumu xəbər alsan,Əslim Girdimanlıdır.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətİrəvan qana düşdü,Qəfil talana düşdü.Təbriz, Gəncə gəlmədiQollarım yana düşdü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətKəm baxtı sönən qərib,Qürbət ölən qərib,Bəxtəvər günə düşdü,Vətənə dönən qərib.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətKönül aldatdı məni,Qürbətə atdı məni.Ana, yazdığın sözlər,Xeyli ağlatdı məni.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətKöynəyin tikən olsun,Qatlayıb bükən olsun.Qürbət yer xoş keçirsə,Qoy sənə məkan olsun.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQar yağıbdır dizəcən,Bu düzdən o düzəcən.Qəlblərdə körpü olum,Uzanım Təbrizəcən.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQaratikan olmaya,Qızılgülüm solmaya.Qorxuram qərib öləm,Ağlayanım olmaya.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQəribəm, vətənim yox,Bu yoldan ötənim yox,Düşdüm dərin dəryaya,Əlimdən tutanım yox.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQəribəm yoxdur arxam,Qanadım yoxdu qalxam.Çıxam qəlbi dağlara,Vətənə doğru baxam.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQəribi ozan ağlar,Taleyin yazan ağlar.Yaxasız köynək tikib,Qəbrini qazan ağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQızılgül dən-dən oldu,Dərmədim xəndan oldu.Mən səndən ayrılmazdım,Ayrılıq səndən oldu.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətQürbətdə çana yetdim,Təng olub, sana yetdim.Vətənə dönən günüDinə, imana yetdim.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətMəktub yazdım mən sizə,Ayrılıq düşdi bizə.Allah qismət eyləsə,Oturarıq diz-dizə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətMən aşiqəm Qarabağ,Şəki, Şirvan, Qarabağ,Tehran cənnətə dönsə,Yaddan çıxmaz Qarabağ.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNaxçıvan düzən yerdi,İgidlər gəzən yerdi.Araz üstə körpu var,Əl əldən üzən yerdi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNə aydınlıq gecədi,Ülkər aydan ucadı.Qismətin qürbət olsun,Gör ayrılıq necədi?!.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNə idi dəydi mənə,Xəbər verin ötənə.Qoy səni oxlasınlar,Yağı qoyma vətənə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNə uca dağların var,Al-yaşıl bağların var.Qürbət eldən tez qayıt,Dalınca ağların var.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətOda saldın özünü,Kor eylədin gözünü.Qəribin dərdi çoxdu,Kimə desin sözünü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətOx dəydi, yaralandım,Ürəkdən paralandım.Vətəndən ayrılmazdım,Zor ilən aralandım.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətOvçuyam, Təklədənəm,Tək evli Təklədənəm.Arazbar tərlanıyam,Sonalar təklədənəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətPayız qışdan əzəldi,Yarpaq tökən xəzəldi,Vətən viran da olsa,O, cənnətdən gözəldi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətRum mənəm, İraq mənəm,Bu yanan çıraq mənəm.Qul tək ellərə düşdüm,Vətəndən iraq mənəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətRübənd çək üzə dağlar,Kölgə sal düzə, dağlar.El sinəndə yürd salsın,Gəlməsin gözə dağlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSənin ala gözlərin,Canım ala gözlərin.Qorxuram qərib öləm,Yada qala gözlərin.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSözüm düşər dastana,Bir ün salar hər yana.Qürbət qoy sizə qalsın,Mən gedirəm Şirvana.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSu gələr arxa, haray!Tökülər çarxa, haray!İgid qürbətə düşsə,Çağırar arxa, haray!Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSuyumuz Kürdən gəlir,Arazdan, Kürdən gəlir.Elə şadlıq müjdəsi,Gəlndə birdən gəlir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞaftalı çiçəkləndi,Qərənfil ləçəkləndi.Ağla, gözlərim, ağla,Ayrılıq gerçəkləndi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanda xəstə mənəm,Xəstə şikəstə mənəm.Baş yastıqda, göz yolda,Qulağı səsdə mənəmOxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvandan xəstə gələr,Boyları bəstə gələr,Xaraba ölkənizə,Sağ gedən xəstə gələr.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvandı, xan yeridi,Ordubad can yeridi.Sağımdan güllə dəydi,Solumdan qan yeridi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın ağ alması,Yeməli ağ alması.Qiyamət günə qaldı,Yaramın sağalması.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın gədikləri,Almadır yedikləri.Yadıma bir-bir düşər,Yarımın dedikləri.Oxu və paylaş →