Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Mövzuya görə seçilənlər
- Bayatı · Tale, dərd və fələkFələyin öz əlindən,Açmadım göz əlindən.Kimə edim şikayət,Bəxtimin əzəlindən?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkFurun üstünə kürək,Yandı, yaxıldı yürək,Hər dərdlərə dayandun,Buna da dayan görək.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGecələr, il gecələr,Dərdimi bil gecələr.Mən burda qan ağlaram,Sən orda gül gecələrOxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGetdi gülüm, ağlaram,Oldu zülüm, ağlaram.Əsdi vədə küləyi,Təkdi gülüm, ağlaram.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGəlin var nəs deyəndi,Gəlin var pis deyəndi.Gəlnimə qurban olum,Oğlumu istəyəndi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöydə bulud oynadı,Gözüm yardan doymadı.Çatmış idim xoş günə,Namərd fələk qoymadı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöydə ulduz xoş keçdi,Cavan ömrüm boş keçdi.Fələk, gəl sübut elə,Hansı günüm xoş keçdi?!Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöyərib qamışları,Göydə oynar qışları.Oğlan qızın dərdindən,İtirib camışları.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGülərəm, gülən olsa,Dərdimi bilən olsa.Ağlamaqdan doymaram,Göz yaşım silən olsa.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGülü biçənə qurban,Suyun içənə qurban.Dünyada igid çoxdur,Candan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGünümü qara yazım,Yoxumdur çara, yazım.Ürək dəftərim dolub,Dərdim var, hara yazım?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkHər dərdə dözən mənəm,Əlimi üzən mənəm.Göz yaşlı, ürək dağlı,Sərgərdan gəzən mənəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkHər sabahdan ağlaram,Üzərəm jan ağlaram.Yardan ayrı düşmüşəm,Ah çəkib, qan ağlaram.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkXırdacasan, məzəsən,Sən hər güldən təzəsən.Qurban olum o günə,Ayaq tutub gəzəsən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkİçdik dərd ayağından,Dostam dərdə yaxından.Qəm başından Bikəsin,Tutmuş dərd ayağından.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkİşim aşmadı başdan,Gözüm doymadı yaşdan.Fələk mənə versəydi,Verərdi əzəl başdan.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKarvan yola düzülür,Ala gözlər süzülür,Necə mən ağlamayım,Əlim yardan üzülür.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKəhərin sinə bəndi,Ovçunun binə bəndi.Mən dərddən qaçaq oldum,Dərd məndə binələndi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKim qurubdu bu bəndi,Su gəldi basdı kəndi.Dövran əydi kaman tək,Mən yazıq dərdiməndi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKölgədən günə düşdüm,Bağlı düyünə düşdüm.Fələk, qapın çırpılsın,Sən deyən günə düşdüm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKöynəyin o yaxası,Dərd gəlib, oya xası.Qoy mənim əlim olsunDüşmənin o yaxası.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkKür qırağı sərindir,Girmə, içi dərindir.Oğlanı dərdə salanBir ala göz gəlindir.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkQalx, gedək burdan artıq,Baş açıq, yaxa yırtıq.Biz dedik qəm azalsın,Qəm gəldi qəmdən artıq.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkQaşların qara, gözəl,Dərdimə çara, gözəl.Səndən əl götürmərəm,Çəksələr dara, gözəl.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkQırmızı yasdıq üzü,Qoyunlar otlar düzü.Gəl otur həmdəm olaq,Danışaq dərdimiziOxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMən aşiq, ağladaram,Yarımı bağladaram.Ürək dərdimi desəm,Dünyanı ağladaram.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMən aşığam, qəm əldən,Qoymaz məni qəm əldən.Getsə dünyalıq getsin,Getməsin həmdəm əldən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMənim adım Həsəndi,Mənzilim Daşkəsəndi.Fələkə bel bağlama,Fələk zəncir kəsəndi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMənim bu yanmış könlüm,Dərdə qalanmış könlüm.Bildir günüm xoş keçdi,Bu il talanmış könlüm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMuğanın şirin narı,Yeməyə şirin narı.Dünyanın malı sizin,Göndərin bizim yarı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkNalə çəkdim, ah tutdum,Gah əyləndim, gah tutdum.Eldə bir dərdli gördüm,Öz dərdimi unutdum.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkNə dad vardı məzədə,Qismət olsun bizə də.Sənə də qurban olum,Sənə baxan gözə də.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkNə zalımsan, sən fələk,Ömrü böldün tən fələk.Can qurtarım əlindən,Hara gedim mən, fələk.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkO palıdın tirinə,Heç çatmadım sirrinə.Qalanla işim yoxdur,Qurbam olum birinə.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkOcağı yaxşı qala,Odun qoy yaxşı qala.Nə ola bu dünyada,Pis ölə, yaxşı qala.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkPapağın qabağı düz,Dalı düz, qabağı düz.Dünya, səndən kim keçdi,Qaşı düz, qabağı düz.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSaraldım, qəmli oldum,Yaman dərdə tuş oldum.Səni sevəndən bəri,Yuvasız bayquş oldum.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSinəmdə nar bağı var,Yeddi yerdən dağı var.Dul kişiyə getməyin,Bir gün ağlamağı var.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSonam süzən olubdur,Göldə üzən olubdur.Dərd-qəm görməyən canım,Dərdə dözən olubdur.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSu tək arxa dolandım,Saptək çarxa dolandım.Zalım fələk əlindən,Qorxa-qorxa dolandım.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSular axar dərindən,Dağlar oynar yerindən.Şad könlüm viran oldu,Dünyanın dərd-qəmindən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkŞirvana yol bağlaram,Dərd əlindən ağlaram.Yardan kağız almasam,Mən də küsü saxlaram.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkŞirvanın yollarında,Nar dərdim kollarında.Olaydım bir cüt qolbaq,Yar sənin qollarında.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkTamburun teli laldır,Bazardan alan baldır.Qızlara qurban olum,Gəlinlər ayrı maldır.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkTarçıyam, simə gedim,Sözün de, himə gedim.Bir dərd ki yardan gəlib,Dərmana kimə gedim?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkÜlkər qandı, qəmər qan,Dərə, təpə hamar qan.Dərdli sinəm odlanıb,Qan üstünə damar qan.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkVarımdır dərd bazarı,Ağlama elə zarı.Yolum qurbətə düşdü,Çəkirəm el azarı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkVermə xazara məni,Çəkər bazara məni.Yada kəniz verincə,Salla məzara məni.Oxu və paylaş →