Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Mərdlik və dostluqOvçunun gəşti məndən,Ox dəydi, keçdi məndən.Mərdlərə körpü oldum,Namərdlər keçdi məndən.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqPərvanə nədən yana,Od tuta bədən yana.Yaxşı dost yaman gündə,Çəkilər nədən yana?Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqSular gələr, göl dolar,Şaxta vurar, gül solar,Mərd igidin balası,Özü kimi mərd olar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqSuyu içənə qurban,Sözü seçənə qurban.Dünayada dostum çoxdu,Candan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqTəbrizim, can Təbrizim,Sənə qurban, Təbrizim.Düşmənə boyun əymə,Mərd ol, dayan, Təbrizim.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqTiflisin üstü bostan,Gözəl yerdir Gürcüstan.Namərdin qaydasıdı,Ayırar dostu dostdan.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqTullan bağda hasarı,Ya ağ geyin, ya sarı.İgidi alçaq eylər,Zən əhlinin yasarı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqTüfəngini yaxşı at,Yaxşı doldur, yaxşı at.Mərdin başın ucaldar,Nəcib arvad, yaxşı at.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqYağıbdır qar a tellər,Ağardı qara tellər.Namərd gəlib ellərin,Ömrünü qarət eylər;Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqYersiz söz danışmanam,Hər işə qarışmanam.Çəkil, dindirmə məni,Küsmüşəm barışmanam.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqYetdi arxa dolandı,Sular çarxa dolandı,Düşmən elin gücündən,Qorxa-qorxa dolandı.Oxu və paylaş →