Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqBu dərə buz bağladı,Dibi yarpız bağladı.Gəlin vurdu, oxladı,Yaramı qız bağladı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə narın dərə,Torpağı narın dərə.Gözləyirəm yar gələ,Qəlbimi narın dərə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə səkməlidi,Burda gül əkməlidi.Mən yarımı tanıram,Dizədək çəkməlidi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dərə uzun dərə,Getdikcə uzun dərə.Burda bir bağ salmışam,Yar gələ üzüm dərə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu eldə bir danəyəm,Əl dəymə pərvanəyəm.Yarım gedib səfərə,Dərdinnən divanəyəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gedən can aparır,Düz yolu yan aparır.Aç zülfün yaram bağla,Amandı, qan aparır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gedən yaxşı candır,Sirrin vermə, amandır.Mənim bivəfa yarım,Gör kimə mehribandı!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gələn haralıdır?Dağların maralıdır.Əyil üzündən öpüm,Ürəyim yaralıdır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu gələn Salahdımı?,Dəryadan sel axdımı?Canansız can gəzdirmək,Aşiq der: salahdımı?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu xəbər nə xəbərdir?Yaram qəhər-qəhərdir.Bir yanım köcüb gedib,Bir yanım bixəbərdir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu qala, daşlı qala,Çınqıllı, daşlı qala.Qorxuram yar gəlməyə,Gözlərim yaşlı qala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yer ellər yeridi,Şana tellər yeridi.Qaysaqlanmış yarama,Təzə millər yeridi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yol gedir Xalxala,Yandı bağrım xal-xala.Qorxuram, gedəm qalam,Nazlı yarım xalx ala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yol Kaşana gedər,Aşar Kaşana gedər.Sənin bu yaraların,Yara nişana gedər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yoldan qazax gedir,Elə bil duzax gedir.Yarım düşüb yadıma,Xəyalım uzaq gedir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBulağın başı ilən,Dibinin daşı ilən.Yara bir namə yazdım,Gözümün yaşı ilən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBurdan bir atlı keçdi,Nalın parlatdı, keçdi.Hər kəsə vəfa qıldım,Məni ağlatdı keçdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBülbül uçar kollarda,Gül butağlı qollarda.Hardasa,n yar, hardasan?Gözüm qaldı yollarda.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBülbüləm nəva bilməm,Dərdliyəm dəva bilməm.Başımda bir sevda var,Başımnan sova bilməm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBülbülü ac saxlaram,Güldən bir tac saxlaram.Yarım utancaq olsa,Tutub dilmanc saxlaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqCeyran, çölə dolan gəl,Sonam gölə dolan gəl.Yad ölkədə dözməsən,Bizim elə dolan gəl.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqCeyranam çöl dəlisi,Sonayam göl dəlisi.Siz məni qınamayın,Olmuşam el dəlisi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqÇıxıbdı düzə ceyran,Düşübdu üzə ceyran.Çox tərlan ovlamışam.Görünmür gözə ceyran.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağa qar düşən günü,Ürəyim bişən günü.Yar mənə dağ üstündənDağ çəkdi nişan günü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağdan enən sürüdü,Dağı duman bürüdü.İlqarsız yar yolunda,Cavan ömrüm çürüdü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağlara sada düşdü,Dərd üstdən qada düşdü.Bulud keçdi, ay çıxdı,Yar gəldi yada düşdü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağlarda yağış durmaz,Qar yağar, yağış durmaz.Gözəldə nə qaydadı,Zülfüni yığışdırmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağların başı ilə,Dibinin daşı ilə,Yara bip namə yazımGözümün yaşı ilə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağların o üzündə,Ceyran otlar düzündə.Mən yarımı tanıram,Qoşa xal var üzündə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDamnan dama gəlmişəm,Gül almağa gəlmişəm.İtirmişəm yarımı,Axtarmağa gəlmişəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDanışdı dindi zülfün,Gərdənə mindi zülfün.Dəstələ qoy qoynuna,Qan eylər indi zülfün.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDərdlərə çara təbib,Düşmüşəm nara, təbib.Yarımı tapıb gətir.Sağalsın yara, təbib.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDərya dərin kim üzər,Suyu sərin kim üzər;Bir vəfalı yar olsa,Ondan əlin kim üzər?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDəryada gəmim qaldı,Biçmədim zəmim qaldı.Çox çəkdim yar cəfasın,Mənə də qəmim qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDəryada fanar gəzər,Hər axşam yanar gəzər.Mən yara heyləmişəm,Yar məndən kənar gəzər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDəryada fanaram mən,Od tutub yanaram mən.Qaş altdan göz eyləmə,Arifəm, qanaram mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDişlərin içi dəndi,Dürdəndi, incidəndi.Özün əcəb gözəlsən,Dilin can incidəndi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDolan, gəl bizə, ceyran,Zülfün tök üzə, ceyran.Qorxuram yad ovçudan,Gəl çıxma üzə, ceyran.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDolan gəl bu dağları,Yaşıl çəmən, bağları.Aldı fələk əlimdən,Mənim gözəl çağları.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDostluqdan bərin dağlar,Çeşməsi sərin dağlar.Yad ovçuya yar oldun,Bir utan, ərin, dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDövran çox qarışıqdır,Yad gəlib barışıqdır.Ayıq, sayıq dolanmaq,İgidə yaraşıqdır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDur get xoruz banıdır,Evimizin yanıdır.Baxtıma bir yar düşüb,Behiştin qılmanıdır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEldən yana düşmüşəm,Nahaq qana düşmüşəm.Yar məni bərkə çəkib,İmtahana düşmüşəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEləmi Baxtıyarım,Bax elim, bax diyarım.Üzündə göz izi var,Sənə kim baxdı yarım.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEləmi dağda qara,Zülfünü bağda dara.Vəfalı yardan ötrü,Rumu gəz, Bağdad ara.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEləmi gözəl kimi,Baxarsan gözəl kimi,Dərddən saraldı, düşdü,Ürəyim xəzəl kimi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşit sözüm deyim yar,Donum göndər geyim yar.Sən gedəli qalmayıb,Ürəyimdə heyim yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşq oduna bir-bir yan,Bir kabab ol, bir büryan.Sənlə keçən günləri,Sal yadına bir-bir, yanOxu və paylaş →