Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Hikmət və həyatBu yol Cavada gedər,Dönər Cavada gedər.Uçubdu könlüm quşu,Gör nə havada gedər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yoldan gedən ağlar,O nazik bədən ağlar.Soyulan qəflə mənimdir,Kiradar nədən ağlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yoldan gedən gözlər,Dayanar nədən gözlər.İntizardı, qoy gedim,O nazikbədən gözlər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBuluddan nur süzüldü,El yaylağa düzüldü.El yaylaqdan gəlincə,Yarı canım üzüldü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBurdan bir atlı getdi,Atın oynatdı getdi,Gün kimi şəfəq saldı,Ay kimi batdı, getdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBurdan bir atlı keçdi,Atın oynatdı, keçdi.Gün kimi işıq saldı,Ay kimi batdı, keçdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇağırdım, Sənəm, Sənəm,Səs gəldi: mənəm, mənəmDedim:-Ləbin kim əmsin?Dedi ki, sən əm, sən əm!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇağırıram haray, gəl,Hər həftə gəl, hər ay gəl.Bir ilə dözmək olmur,Heç olmasa hər ay gəl.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇayda sular dondu, gəl,Bağa quşlar qondu, gəl.Dolaqsız gedən oğlan,Dolaq tamam oldu, gəl.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇaylar təkin axmaram,Başa həna yaxmaram.Bir dəfə üzün görsəm,Aya, günə baxmaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇəpər-çəpər oldu, gəl,Üstə quşlar doldu, gəl.Gözləməkdən al rəngim,Saralıban soldu, gəl.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇıxdım, şəhər göründü,Özgə təhər göründü.Sənsiz keçən günlərim,Mənə zəhər göründü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇoban qoyuna gedər,Seçər soyuna gedər.Çobanın qoç toğlusu,Ellər toyuna gedər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDağda çən tutqun oldu,Gəldin sən tutqun oldu,Nədəndir ki, ürəyimGün-gündən tutqun oldu?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDağdan aran yaxşıdır,Tirmə xaran yaxşıdır.Boyun gödək, gözün tum,Sənin haran yaxşıdır?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDaşları açdım ancaq,Belimdə sarı sancaq.Nə qız oldum, nə gəlin,Odlara yandım ancaq.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDərya səndən kim keçdi,Kim qərq oldi, kim keçdi?Sən məndən üz döndərdin,Xəyalından kim keçdi?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDəryada gəmim qaldı,Biçmədim zəmim qaldı.Arzun ürəkdə qalsın,Necə ki mənim qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDəryada fanar gəzər,Axşamlar yanar gəzər.Eldən ayrı düşənlər,Günlərin sanar, gəzər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDəsmalın ağ saxlaram,Yuyaram ağ saxlaram.Bir də yanıma gəlsən,Yüz il qonaq saxlaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDivara sancdım mıxı,Gözümə gəlməz yuxu.Mən yadına düşəndə,Yazdığım şeiri oxu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDon tiksən ağı bizdən,Belinin bağı bizdən.Qoymayın yad ellini,Almağa bağı bizdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDur ayağa qız, gəlin,Tellərini düz, gəlin.Toyçulara gəl yaxın,Düş ortaya süz, gəlin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEl bu dağda ya qışlar,Ya köç elər, ya qışlar.Başım cəllad əlində,Nə vurar, nə bağışlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEl köç eylər bu dağa,Quşlar qonmaz budağa.Elə ki, mən dözürəm,Heç kim dözməz bu dağa.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEl-obada, katda mən,Kam qoymaram yadda mən.Gəlincə yol gözlərəm,Qallam kəbin altda mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatElat köçür atdan sən,Gözlə özün yaddan sən.Dilimin əzbərisən,Heç çıxmadın yaddan sən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatElə baxma, belə bax,Dağdan gələn yelə bax.Tər tökdük oba saldıq,Evlər yıxan sələ bax.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi ay qabağı,Buluddu ay qabağı.Yetimin üzü gülməz,Açılmaz ay qabağı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi dan yeridi,Görünən dan yeridi.İki məmən arası,Yatmağa can yeridi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi gül açıldı,Yaz gəldi, gül açıldı.Rəngin nədən dəyişdi,Al oldu, gülə çaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi günü neylim?Gün vermir günü neylim?Ər döyür, baldız döyür,Mən belə günü neylim?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi qaldı səbir,Qovğadı, qaldı səbir.Nəyar insafa gəldi,Nə məndə qaldı səbir.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi o gülə nəm,Tez keçdi o gülə nəm.Nə deyirsən and içim,Səninlə o gülənəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi tağı bizdən,Eyvanın tağı bizdən.Yağılar basqın etsə,Alarlar bağı bizdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEnişdə enənə bax,Dolayı dönənə bax.Muradına çatmayıb,Çırağı sönənə bax.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEşqindən oldum xəstə,Mənəm zaru şikəstə.Məmələrin nazbalış,Can verim dizin üstə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEv tikdim, yalan oldu,Gül ömrüm talan oldu.Nə çubuğum bərkidən,Nə keçəm salan oldu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvində, eçiyində,Yat quzum, beşiyində.Dan ulduzu, bir də mən,Durmuşuq keşiyində.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvləri Tərtər üstə,Tər yorğan örtər üstə.Yarın çuxası bizdə,Görən nə örtər üstə?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvlərində var kilim,Lal olsun mənim dilim.Gedəndə küsdü getdi,Gəlsə necə dindirim?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏlif mənəm, bey mənəm,Əlif üstə tey mənəm.Apar əcəl köynəyin,Mən cavanam geymənəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏlində bayda gəlin,Durubdu çayda gəlin.Allah mətləbin versin,Açılan ayda gəlin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ağ biləklər,Çırmanıb ağ biləklər.Düşman çalsın, oynasın,Başa çatdı diləklər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim, alma qala,Boşqaba alma qala.Mən səni gizli sevdim,Saldılar qalmaqala.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim almadılar,Yolladım almadılar.Can qoydum bu qəfəsə,Yalvardım almadılar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay ağa qar,Nola bir də yağa qar.Məskəni Şah dağıdır,Düşsə də ayağa qar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatƏzizim ay apardı,Unu tay-tay apardı,Bir çuval darı vardı,Onu da bay apardı.Oxu və paylaş →