Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Mərdlik və dostluqBağçanın üstü olmaz,Ocaqsız tüstü olmaz.Dostdan düşmən tapılar,Düşmənin dostu olmaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBir qurban kasad olmaz,Mərd əli kasad olmaz.Yüz namərdin çörəyin,Doğrasan kasa dolmaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu dağda qaya saldı,Gün ona sayə saldı.Yarı xəlvətdə gördüm,Söz dedim, haya saldı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu dövran belə gəlməz,Doğru söz dilə gəlməz.Bu aya vədə verən,Ay dönüb ilə gəlməz?Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu sazı alan gəlməz,Oxuyub-çalan gəlməz,İgidi öldürsələr,Dilinə yalan gəlməz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu yollar buz bağlamaz,Namərdlər sirr saxlamaz!Həqiqətin təməli,Yüz tərpətsən laxlamaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBülbül uçar bu dala,Qonar o dal, bu dala.Dost sözün açıq deyər,Düşmən deyər budala.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBürüyüb düzü qurban,Qoç qurban, quzu qurban.Mərdin bircə tükünə,Namərdin yüzü qurban.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqÇalmanı başa çaldı,Göz üstən qaşa saldı.Mən namərdə neylədin,Ömrümü daşa çaldı?!Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqDağların harayından,El köçər harayından.Mərdin daxması yaxşı,Namərdin sarayından.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqDost əlindən al oxu,Al, kamanə sal oxu.Göz yaşilə ərzəm var,Yetişincə, al oxu.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, alma qala,Boşqaba alma qala.Namərd ilə dost olma,Düşərsən qalmaqala.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim ay ağalar,Gün keçər, aya qalar.Dost dostan kənar gəzsə,Düşmənlər ayaq alar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim ayağını,Doğru at ayağını.Yorğanından çıxartma,Kəsərlər ayağını.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim dalda gəzər,Bülbüllər dalda gəzər,Mərdlər qabağı gözlər,Namərdlər dalda gəzər.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, daldasına,Mərd igit dalda sına.Namərd aslan olsa da,Sığınma daldasına.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, daşa çalar,Su özün daşa çalar.Yemə namərd çörəyi,Qayıdar başa çalar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, gördü günü,Ay doğdu, gördü günü.Namərddə sirr əylənməz,Mərd deməz gördüyünü.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, kasad olmazMərd əli kasad olmazYüz namərdin çörəyin,Doğrasan, kasa dolmaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, keçdi məndən,Ox atdı keçdi məndən.Mərdlərə körpü oldum,Namərdlər keçdi məndənOxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim qar qalanmaz,Qar yağmaz, qar qalanmaz.Düşməni möhkəm vursan,O bir də qarğalanmaz;Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim quzu qurban,Qoç qurban, quzu qurban.Mərdin bir tək tükünə,Namərdin yüzü qurban.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, sərin ayaz,Göy bulud, sərin ayaz.Dosta gələn qadanıDüşmənin sərinə yaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizim, üzmə barı,Qaşların süzmə, barı.Aşnalıq başarmırsan,Dostluğu pozma barı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizinəm kasa dolmaz,Fitnəsiz fasad olmaz.Namərdə boyun əymə,Mərd əli kasad olmaz.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏzizinəm, qəmdə gül,Qəmdə danış, qəmdə gül.Ağ gündə gülən gönül,Mərd igidsən, qəmdə gül.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqƏziziyəm bac alar,Mərd rəqibdən bac alar,Hər kəsi el istəsə,Bülənd olar, ucalar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGəlinə bax, gəlinə,Əlin qoyub belinə.Gəlinə söz deməyin,Çıxar gedər evinə.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGəlinə bax, gəlinəKəmər bağlar belinə.Gəlinin incə beli,Düşdü namərd əlinə.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGüllər aşır deyərəm,Ətir saşır deyərəm.Əgər sən igid olsan,"Məni qaçır" deyərəm.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGün doğalı, tar getdi,Tərlan getdi, sar getdi.Zaman elə dolandı,Dostluq, etibar getdi.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqHər sözü qandı ürək,Səni dost sandı ürək.Dinəndə dilim yandı,Dinmədim yandı ürək.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqXəncərin bağı tasma,Tasmadan qoyun asma.Düşmən dili çox olar,Hər dilə qulaq asma.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİgid gərək atlana,Atın minə, atlana.Mərd odur ki, döyüşdə,Hər yaraya qatlana.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİgid paşa, say paşa,Sənə yoxdur tay, paşa.Koroğlu bir gəlibdi,Bir də gəlsə, vay, paşa.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİgidin bir atıdır,Bir də təmiz zatıdır.Koroğluda qoçaqlıq,Onun ehtiyatıdır.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqİldırım çaxar gedər,Su gəlib axar gedər.Dostlar pis gündə gələr,Bivəfa baxar gedər.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqQeybətə düşdü yolum,Düşmən alıb sağ-solum.Eldən ayrı düşəli,Buxovlanıbdı qolum.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqQərənfil əsdi, neylim?Səbrimi kəsdi, neylim?Üzdə dost, dalda düşman,Mən belə dostu neylim?Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqQızıl gülsən, butasan,Dostu əziz tutasan.Mənə quru söz verdin,Könül verdin yada sən.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqLəl içindən üz ləli,Sərraf kimi düz ləli.Namərd gəlib mərd olmaz,Yüz sızılda, yüz ləli.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqLələ yerin Arqalı,Mələməz, ay Arqalı.Kəsəkəs meydanında,Namərd qaçar, ər qalı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMən aşiq necə keçim?Bu sudan necə keçim?Dünyanı namərd alıb,Mərdləri necə seçim.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMəni bir ilan çaldı,Dilimi bilən çaldı.Üzdə dost, dalda düşman,Üzümə gülən çaldı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMərd anadan mərd oğul,Yada ağa, mərdə qul,Qorxaq töhmət gətirər,Baş ucaldar mərd oğul.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMərd sözi sözdən alı,At qaçar, parlar nalı.Mahir ovçu ovlaqda,Nişanı gözdən alı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqNazlasın dilim səni,Böyütsün elim səni.Meydanda at oynadan,Bir igid bilim səni.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqO kimdir atar məni?Hər dərdə qatar məni.Namərd gəlib dost olmaz,Dostluqda satar məni?Oxu və paylaş →