Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Hikmət və həyatA qaratikan kolları,Tutma keçid yolları.Gəlin uşaqlı gedir,Çirməklidi qolları.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatA quşlar, ağa quşlar,Qonubdu bağa quşlar.Kəsdilər ağacları,Uçuşdu dağa quşlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatA yel baba, dur gedək,Madyanını sür gedək.Bir qapının qıfılın,Min qapıya vur gedək.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğ at, yalın qurusun,Xəttü xalın qurusun,Apardın gətirmədin,Görüm nalın qurusun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğ çuxan ağlı qalsın,Boxçada bağlı qalsın.Bizi ayıran yağı,Ciyərin dağlı qalsın.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğac başında VəliAltında yaşıl xəli,Allah muradın versin,Ya Məhəmməd, ya Əli!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğac əkili qaldı,Yaxam söküli qaldı.Hamı murada çatdı,Boynum büküli qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAğacdan quş tutaram,Qanadın boş tutaram.Desələr yarın gəlir,Bir ay oruc tutaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAllah məni xar eləmə,Qulağımı kar eləmə.İnkir-Minkir gələndə,Dilimi lal eləmə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAlma atdım qızlara,Dığırlandı düzlərə.Bir gün peşman olarsan,Danışdığın sözlərə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAlma versəm almazsan,Sən almadan qalmazsan.Hansı bağın gülüsən?Açılarsan solmazsan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAman amana qaldı,Halım yamana qaldı.Yarın gül üzün görmək,Axır zamana qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatApardılar gülümü,Eylədilər zülümü.Nə qoydular danışam,Nə kəsdilər dilimi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatArmud daldan süzülər,Yerə düşər büzülər.Bir dana bizə verin,Xəstəmiz var, üzülər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy çıxdı, qadir Allah,Təqsirim nədir, Allah?Ya mənim sevgilimi,Ya mənə səbir Allah.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy gədikdən doğanda,Soğan qabıq qoyanda.Mən alnına yazıldım,Sən anadan doğanda.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy gəlin, gözüm gəlin.İşlərəm özüm gəlin.Neyləsin qaynanası,Tənbəldir bizim gəlin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy ordan tək-tək doğar,Gün burdan tək-tək doğar.Sənin kimi oğlanı,Analar tək-tək doğar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBabanın hərayı gör,Hər həftə, hər ayı gör.Yıxılmış, viran qalmış,Ömrünün sarayı gör.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBağa girmərəm sənsiz,Gülün dərmərəm sənsiz.Dağda ahu mələsə,Bil ki, o, mənəm sənsiz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBağa girmişcə varam,Gülün dərmişcə varam.Yarı yuxuda görsəm,Özün görmüşcə varam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBağda güllər biçildi,Gül tikandan seçildi.Bircə yol səni görcək,Tutqun gönlüm açıldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşım ağrır nədəndir,Ürək zədən-zədəndir.Səndən ayrı düşməyimBilmirəm ki, nədəndir?!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşına mən dolanım,Mən dönüm, mən dolanım.Tanrı səni saxlasın,Kölgəndə mən dolanım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşında ağ şalı var,Örtübdü. ağ şalı var.Çıx bir yollar üstünə,Gör kimə oxşarı var?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşında şalın nədir,Danış, xəyalın nədir?Yanımdan ötüb keçib,Demirlər halın nədir?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBizim evin quşları,Qızıldan sərpuşları.Qızlar seyrə çıxanda,Alır başdan huşları.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBostan əkdin, gözlə bar,Götür belin arxa var.Səsinə səs verməyəEl kimi bir arxa var.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBostanı ləklədilər,Tağını təklədilər.Düşdüm nadan əlinə,Nazımı çəkmədilər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBoyda bir qarış mənəm,Hər işə qarışmanam,Çəkil, dindirmə məni,Küsmüşəm, barışmanam!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu ay hansı fəsildi?Çayın suyu kəsildi.Peymanından dönmədi,Nəcabəti kəsildi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu bazar, uzun bazar,Barmaqlarım xətt yazar.Xudam yazan yazını,Bəndə nə deyər pozar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağda azdı canım,Üzülüb nazdı canım.Yardan bir xəbər gəlib,O gündən sazdı canım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağda çıraq yanar,Baxdıqca iraq yanar.Sevgili sevgilidən,Ayrılsa, ürək yanar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağda əkdim əkin,Aldılar əlimdəkin.Nə kafər, nə müsəlman,Olmasın sənin təkin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağdan aşmaq olmaz,Narıncı başmaq olmaz.Bir quru sözdən ötrü,Yarla savaşmaq olmaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağdan yol ayrılır.Ağ üzdən tel ayrılır.Ölürəm canım çıxır.O incəbel ayrılır.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağı aşdım gəldim,Sel kimi daşdım gəldim.Bir cüt öpüşdən ötrü,Yarnan savaşdan gəldim.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dərə dərin dərə,Suları sərin dərə.Yardan cavab alınca,Yalvarmışam min kərə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu əllər yad əlidi,Köməyim dad əlidi.Gedirsən, tez qayıt gəl,Ürəyim zədəlidi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gecə toy olacaq,Qız-gəlin oynayacaq,İlan vurmuş anası,Qızını qoymayacaq.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gecə uyumamışam,Baş yerə qoymamışam.Sən məndən doymusansa,Mən səndən doymamışam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gələn ah gətirər,Gah tutar, gah gətirər.Yardan əli üzülən,Kimə pənah gətirər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gələn naza bənzər,Yerişi qaza bənzər.Sən gələn gün evimdə,Qış olsa, yaza bənzər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu gələn özün bilməz,Danışa sözün bilməz.Hər gəlib su dolduran,Çeşmənin gözün bilməz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerdə binə qaldı,El köçdü, binə qaldı.Qəmdən bir ev tikdirdim,Bilmədim kimə qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerin xanıyam mən,Eşqin sultanıyam mən.Yerbəyerdən vurursuz,Məgər moltanıyam mən?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerlər tala yeri,Bürc yeri, qala yeri.Qiyamət o gün qopar,El köçə, qala yeri.Oxu və paylaş →