Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
T hərfi ilə başlayanlar
- Bayatı · Hikmət və həyatTut ağacğ boyunca,Tut yemədim doyunca.Yarı xəlvətdə gördüm,Danışmadım doyunca.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTut ağacı damadı,Yolum xiyabanadı.Əyil öpüm üzündən,Qara tellər yanadı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTut ağacı qarmaqdı,Tutu barmaq-barmaqdı.Yar bir namə göndərib,Hər sözü yalvarmaqdı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacı pıtıraq,Cərgə vuraq oturaq.Birin sən de, birin mən,İntizardan qurtulaq.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacın darama,Əldən çıxar barama.Halal zəhmətlə gələr,Haram gedər harama.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacın qırdılar,Üstə divar qurdular.Yeniyetmə qız üstə,Doqquz oğlan qırdılar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTutdum bağı şərəkə,Dişlədim oldu ləkə.Necə yaman olurmuş,Yar olmayan mərəkə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarTutmadı dağlar məni,Bülbüllü bağlar məni.Qəribəm, bir kəsim yox,Təkcə yar aölar məni.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTüfəng atma, səs çıxar,Ovu dağdan gəz, çıxar.Yaman günə səbr edən,Yaxşı günə tez çıxar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTüfəng olub ataydım,Bir mənzilə çataydım.Döşün üstə baş qoyub,Şirin yuxu yataydım.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqTüfəngini yaxşı at,Yaxşı doldur, yaxşı at.Mərdin başın ucaldar,Nəcib arvad, yaxşı at.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTüstülənər bacalar,Ocaq üstə sac olar.Zəhmət sevən gün görər,Tənbəl hər vaxt ac olar.Oxu və paylaş →