Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
S hərfi ilə başlayanlar
- Bayatı · Hikmət və həyatSaatın tərsə taxma,Dönüb dalına baxma.Özün gör, özün bəyən,Ellər sözünə baxma.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSaçın ücün hörməzlər,Səni mənə verməzlər.Qoy öpüm ağ üzündən,Qaranlıqdır, görməzlər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSamavarım quruldu,İçində su duruldu.Köhnə yaram üstünə,Təzə yara vuruldu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSandıq üstə süzərəm,Sandığa gül bəzərəm.Ağır elin qızıyam,Ona layiq gəzərəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSar gəlsin dağa dolsun,Bülbüllər bağa dolsun.Sevdiyim yar yolunda,Canım sadağa olsun.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSar qalsa, bağ da dözməz,Xar düşsə, tağ da dözməz.Yardan ayrı düşənin,Dərdinə dağ da dözməz.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSaraldım, qəmli oldum,Yaman dərdə tuş oldum.Səni sevəndən bəri,Yuvasız bayquş oldum.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSarı çuxam yırtılsın,Yaxam səndən qurtulsun.Qarğışa dilim dönməz,Burnun yerə sürtülsün.Oxu və paylaş →
- Bayatı · Ana və ailəSəbr eylə, sana səbri,Mərd gərək qana səbri.Hər bir səbr tükənsə,Tükənməz ana səbri.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSən gedəli il oldu,Viran bağlar kül oldu.Sinəmi yardı keçdi,Bu nə yaman dil oldu.Oxu və paylaş →
- Bayatı · Ana və ailəSən məni ağlar qoydun,Sinəmə dağlar qoydun.Yıxdın atam evimi,Qapısın bağlar qoydun.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSən məni ağlar qoydun,Sinəmi dağlar qoydun.Öldün canın qurtardı,Qapımı bağlar qoydun.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSən mənim ağa dostum,Gəl gedək bağa dostum.Gözlər bahar buludu,Qorxuram yağa dostum.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSəni bülbül bilərdim,Sarı sünbül bilərdim.Bağçamızda açılmış,Bir qızılgül bilərdim.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSənin ala gözlərin,Canım ala gözlərin.Qorxuram qərib öləm,Yada qala gözlərin.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSinəmdə nar bağı var,Yeddi yerdən dağı var.Dul kişiyə getməyin,Bir gün ağlamağı var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSisyanı Qafan saxlar,Canda dərd qalan saxlar.Aşiq ar çəkmək üçün,Könüldə qapan saxlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSonam göldə san durdu,Tərlan gördü, yan durdu;Yarım birbaşa getdi,Ürəyimdə qan durdu.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSonam süzən olubdur,Göldə üzən olubdur.Dərd-qəm görməyən canım,Dərdə dözən olubdur.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSonayam, göl üstəyəm,Bülbüləm gül üstəyəm.Gəl bir, qol-boyun olaq,Gedirəm yol üstəyəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSöz dedin aldı məni,Çöllərə saldı məni.Zülfün şahmar ilandı,Əl vurdum, çaldı məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSöz deyən aşiq oldu,Elə yaraşıq oldu.O gün yar bizə gəldi,Evimiz işıq oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSöz qaldı el gələnə,Çırmandı sel gələnə,Gözəl bir bağ salmışam.El gələ kölgələnə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSözü sözdən alan var,Zülfün üzə salan var.Gedirsən, tez qayıt gəl,Gözi yolda qalan var.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSözüm düşər dastana,Bir ün salar hər yana.Qürbət qoy sizə qalsın,Mən gedirəm Şirvana.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSu gələr arxa, haray!Tökülər çarxa, haray!İgid qürbətə düşsə,Çağırar arxa, haray!Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSu gələr milləndirər,Bağçanı gülləndirər.Dərdlini dindirməyin,Dərd onu dilləndirər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSu gəlsə sel bilərdim,Meyəssə yel bilərdim.Dağda bir oba salsan,Mən səni el bilərdim.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSu tək arxa dolandım,Saptək çarxa dolandım.Zalım fələk əlindən,Qorxa-qorxa dolandım.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkSular axar dərindən,Dağlar oynar yerindən.Şad könlüm viran oldu,Dünyanın dərd-qəmindən.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqSular gələr, göl dolar,Şaxta vurar, gül solar,Mərd igidin balası,Özü kimi mərd olar.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqSuyu içənə qurban,Sözü seçənə qurban.Dünayada dostum çoxdu,Candan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətSuyumuz Kürdən gəlir,Arazdan, Kürdən gəlir.Elə şadlıq müjdəsi,Gəlndə birdən gəlir.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarSünbülləri bağlaram,Ürəkləri dağlaram.Gecə-gündüz yolunda,Ah çəkərəm, ağlaram.Oxu və paylaş →