Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
N hərfi ilə başlayanlar
- Bayatı · Məhəbbət və eşqNabat xanım naz eylər,Xara tuman toz eylər.Qırx incəbel içində,Yarım mənə göz eylər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaçaram, ha naçaram,Bağlı qapı açaram.Yar gözün yaşlı görsəm,Baş götürüb qaçaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaçaram, ha naçaram,Bağlı qapı açaram.Yarım cavan olmasa,Baş götürüb qaçaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaçaram, mən naçaram,Yaman dərdə düçaram.Yar yadıma düşəndə,Nazbalışı qucaram.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNaxçıvan düzən yerdi,İgidlər gəzən yerdi.Araz üstə körpu var,Əl əldən üzən yerdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaxçıvanın duz dağı,Duz qayası, duz dağı.Çəkdi yar sinəm üstə,Dağ üstündən yüz dağı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNaxırda ağ inəyim,Ağılda sağ inəyim.Kömürdən qara yandı,Kağızdan ağ ürəyim.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNal istəsən, məndə nal,Sən atın al, mən də nal.Sinəm əttar dükanı,Nə istəsən məndən al.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkNalə çəkdim, ah tutdum,Gah əyləndim, gah tutdum.Eldə bir dərdli gördüm,Öz dərdimi unutdum.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNamazım qəza qaldı,Qılmadım, qəza qaldı.Nə qul murazın açdı,Nə günü yaza qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNamə yazdım qaradan,Dağlar qalxsın aradan.Qovuşdursun bizləri,Yeri-göyü yaradan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNar ağacı vuruldu,Su dibində duruldu.Hamının yarı gəldi,Mənim boynum buruldu.Oxu və paylaş →
- Bayatı · Ana və ailəNar budağın əyəndə,Ucu yerə dəyəndə.Bir qoç qurban kəsəcəm,Balam "ana" deyəndə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNarın irisindənik,Xublar sürüsündənik.Yarımamış bəndənin,Biz də birisindənik.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNarınc idim, sıxdın yar,Xatirimi yıxdın yar.Dost-düşmən arasında,Çox vəfasız çıxdın, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNarınca bax, narınca,Əl vurma saralınca.Məndə ürək qalmadı,Yar könlünü alınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarınca bax, narınca,Saxlaram saralınca.Al qılınc, vur boynumu,Məni gözdən salınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarınca bax, narınca,Saxlaram saralınca.Öləydim, qurtaraydım,Bu günlərə qalınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarınca bax, narınca,Saxlaram saralınca.Şama döndü ürəyim,Səndən cavab alınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarıncı oyub getmə,Qabığın soyub getmə.Mən yazığa rəhm eylə,İntizar qoyub getmə.Oxu və paylaş →
- Bayatı · Ana və ailəNaşı bilməz sözünü,Kor eyləyər gözünü.Ana bala ucundan,Oda yaxar özünü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNazbalış baş altdadı,Ala göz qaş altdadı.Yalvarram cavab vermir,Ya dili daş altdadı?!Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqNazlasın dilim səni,Böyütsün elim səni.Meydanda at oynadan,Bir igid bilim səni.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNə aydınlıq gecədi,Ülkər aydan ucadı.Qismətin qürbət olsun,Gör ayrılıq necədi?!.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNə batmısan qara sən,Könül yara-yara sən.Nə tükənməz dərd oldun,Nə sağalmaz yara sən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNə budaqdı, nə daldı,Nə qovğadı, nə qaldı.Öldü, canın qurtardı,Mən yazığa nə qaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkNə dad vardı məzədə,Qismət olsun bizə də.Sənə də qurban olum,Sənə baxan gözə də.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNə desən qanıram mən,Səni yar sanıram mən.Mənə od nə gərəkdi,Odsuz da yanıram mən.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNə idi dəydi mənə,Xəbər verin ötənə.Qoy səni oxlasınlar,Yağı qoyma vətənə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNə istər tanrı yardan,Əl çəksin barı yardan.Fələyin qaydasıdı,Ayırır yarı yardan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNə köçən köçdən oldu,Nə uçan quşdan oldu.Qəza bir iş eylədi,Əməyim heçdən oldu.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətNə uca dağların var,Al-yaşıl bağların var.Qürbət eldən tez qayıt,Dalınca ağların var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNə yatıbsan daş üstə,Qələm oynar qaş üstə.Sən haçan ilqar verdin,Mən demədim baş üstə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarNə yatmısan, oyan gül,Bu yan bağça, o yan gül.Mən qəribə rəhm elə,Bülbülündən doyan gül.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkNə zalımsan, sən fələk,Ömrü böldün tən fələk.Can qurtarım əlindən,Hara gedim mən, fələk.Oxu və paylaş →