Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
M hərfi ilə başlayanlar
- Bayatı · Hikmət və həyatMaral baxar təpəyə,Özün yıxar təpəyə.Oba sahibsiz olsa,Donuz çıxar təpəyə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMaral oxdan qaçıbdır,Qannan, çoxdan qaçıbdır.Ellərə xəbər olsun,Yağı çoxdan qaçıbdır.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMaralın izi qanlı,Topuğu, dizi qanlı.Ovçular ov vurdular,Tutdular bizi qanlı.Oxu və paylaş →
- Bayatı · Ana və ailəMeyvə gərək tər olsun,Övlad gərək nər olsun.İgidə yaraşıqdır,Ad qazansın, ər olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMəcməyidə gavalı,Yedim, oldum havalı.Qonşuda bir qız sevdim,O da çıxdı davalı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətMəktub yazdım mən sizə,Ayrılıq düşdi bizə.Allah qismət eyləsə,Oturarıq diz-dizə.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMən aşiq, ağladaram,Yarımı bağladaram.Ürək dərdimi desəm,Dünyanı ağladaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq and içmişəm,Bağından gül biçmişəm.Gözəllərin içində,Bircə səni seçmişəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq ay camala,Yar əldən ay cam ala.Götür üzdən örtüyün,Baxım bir ay camala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq daldasına,Qonça gül dalda sına.Namərd, elə namərddir,Üzü nə, daldası nə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq dəstə-dəstə,Durnalar dəstə-dəstə.Qasid, dilin qurusun,Düşübdür yarım xəstə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq gözlərinə,Qoy baxım gözlərinə.Canım canına qurban,Gözlərim gözlərinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq güldən allam,Gülabı güldən allam.Bağda bülbülüm ölsə,Qanını güldən allam.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq, gülə baxdı,Bülbüllər gülə baxdı.Bir gözəl gülümsədi,Ağzından gülab axdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq gülə-gülə,Gül əkdim gülə-gülə.Düşmən evimi yıxdı,Üzümə gülə-gülə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq günə düşdüm,Kölgədən günə düşüb.Düşmənə xəbər olsun,O deyən günə düşdüm.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMən aşiq necə keçim?Bu sudan necə keçim?Dünyanı namərd alıb,Mərdləri necə seçim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq, neylim sənə,Düşübdü meylim sənə.Mən dönsəm, üzüm dönsün,Sən dönsən neylim sənə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq, nə gözlərsən,Gözlərim nə gözlərsən?O yar səni gözləməz,Sən onu nə gözlərsən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq oda yaxar,Qəlyanın oda yaxar.Dost-dostunun yolunda,Canını oda yaxar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq öz günümə,Dərdlərə döz günümə.Düşmən əlimə düşsə,Salaram öz günümə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq səsə gülləm,Naləyə, səsə gülləm.Yad eldən qaça bilsəm,Yolları kəsə billəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq yaman gündə,Boynumda vardı kündə.Hər yaxşı yüz yaşasın,Ölsün yüz yaman gündə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq verdiyinə,Həmd olsun verdiyinə.Verərsə xudam versin,Qul nədi, verdiyi nə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq yaralılar,Dərdlilər, yaralılar.Təbibi burda gördüm,Yığılın yaralılar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq yerişinə,Qurbanam yerişinə.O qədər ölməyəydim,Çataydım görüşünə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətMən aşiqəm Qarabağ,Şəki, Şirvan, Qarabağ,Tehran cənnətə dönsə,Yaddan çıxmaz Qarabağ.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiqəm üz qandı,Sinə qandı, üz qandı.Ev yıxmaq bir qan olsa,Könül yıxmaq min qandı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam ayına,Bəndəm qaşın yayına.Qorxuram kirpik çalam,Üzündən göz yayına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam bir ay var,Bir ulduz var, bir Ay var.Gündə gördüyüm yarı,Görməmişəm bir ay var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam əzəldən,Yar yarın verməz əldən.Dostum var, düşmənim var,Salma məni nəzərdən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam Həsəni,Həqq saxlasın Həsəni.Xəstə gönlü nar istər,Mənim gönlüm na səni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam hər aylar,Hər ulduzlar, hər aylar.Başım cəllad əlində,Dilim səni haraylar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam, gülüm vay,Bülbülüm vay, gülüm vay.Bir bağda bağban oldum,Heç dərmədim gülüm vay.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMən aşığam, qəm əldən,Qoymaz məni qəm əldən.Getsə dünyalıq getsin,Getməsin həmdəm əldən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam üzünə,Heyranam qaş-gözünə.Sən məndən əl çəkməzdin,Baxdın əğyar sözünə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam, yaz, göndər,Payız göndər, yaz göndər.Kağaz ələ düşməsə,Yarpaq üstə yaz, göndər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən gedəndə bahardı,İldırımlar çaxardı.Yara namə yazanda,Göz yaşlarım axardı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatMən gedəndə qış idi,Güllər doli quş idi.İstədim namə yazım,Barmaqlarım üşüdi.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMəni bir ilan çaldı,Dilimi bilən çaldı.Üzdə dost, dalda düşman,Üzümə gülən çaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMənim adım Həsəndi,Mənzilim Daşkəsəndi.Fələkə bel bağlama,Fələk zəncir kəsəndi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMənim bu yanmış könlüm,Dərdə qalanmış könlüm.Bildir günüm xoş keçdi,Bu il talanmış könlüm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMənim yarım naşıdı,Naşıların başıdı.Atdananda bəy oğlu,Düşəndə yüzbaşıdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMənim yarım talışdı,Gərdəni beş qarışdı.Sinəsi məxmər döşək,Qolları nazbalışdı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMərd anadan mərd oğul,Yada ağa, mərdə qul,Qorxaq töhmət gətirər,Baş ucaldar mərd oğul.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqMərd sözi sözdən alı,At qaçar, parlar nalı.Mahir ovçu ovlaqda,Nişanı gözdən alı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkMuğanın şirin narı,Yeməyə şirin narı.Dünyanın malı sizin,Göndərin bizim yarı.Oxu və paylaş →