Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
G hərfi ilə başlayanlar
- Bayatı · Mərdlik və dostluqGüllər aşır deyərəm,Ətir saşır deyərəm.Əgər sən igid olsan,"Məni qaçır" deyərəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGülü biçdim oraqla,Sərdim yerə paraqla.İtirmişəm yarımı,Axtarıram, soraqla.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGülü biçənə qurban,Suyu içənə qurban.Kişmir geyib sallanır,Burdan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGülü biçənə qurban,Suyun içənə qurban.Dünyada igid çoxdur,Candan keçənə qurban.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGün çəkilib batanda,Gündüzə şər qatanda,Ovçu, əlin qurusun,Marala ox atanda.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGün doğalı, tar getdi,Tərlan getdi, sar getdi.Zaman elə dolandı,Dostluq, etibar getdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün dolanar, ay batmaz,Yar dərdi dərdə qatmaz.Göz görüb, könül sevən,Yaxın gələr, söz atmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün getdi dağ başına,Örtüb duvaq başına.Könül şamama istər,Dolanar tağ başına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün getdi dağ başına,Yar örtər ağ başına.Oğlan şamama istər,Dolanar tağ başına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün gələr, batar gedər,Durnalar qatar gedər.Vəfalıya can qurban,Bivəfa atar gedər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGün keçdi pərdə-pərdə,Qatlanıram hər dərdə.Yurdum –yuvam dağılıb,Qalmışam quru yerdə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGündür gəlir, boş keçir,Ömrü günə qoş, keçir.Keçən gün keçdi, getdi,Gələn günü xoş keçir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGünləri bir-bir sına,Yar verdi bir sirr sana.Bir elm, bir də sənət,Xəzinədir insana.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGünümü qara yazım,Yoxumdur çara, yazım.Ürək dəftərim dolub,Dərdim var, hara yazım?Oxu və paylaş →