Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
G hərfi ilə başlayanlar
- Bayatı · Məhəbbət və eşqGecə uzun, ay batmaz,Dərdlilər gecə yatmaz.Sənun kimi gözəli,Tanrı bir də yaratmaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGecələr, ay gecələr,Gün gedər, ay icələr;Bir dəfə üzün görsəm,Ağlar gözüm dincələr.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGecələr, il gecələr,Dərdimi bil gecələr.Mən burda qan ağlaram,Sən orda gül gecələrOxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGecələr, zar gecələr,Verməz zinhar gecələr.Ay batdı, Ülkər çıxdı,Gəlmədi yar gecələr.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGedirdim bağ arası,Tapdım bir nar danası.Gönül sevən göyçəyin,Nə ağı, nə qarası.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGedirəm sərdəşdə mən,Olmuşam sərgəştə mən.Gəlib əcəl fərmanı,Yazılmışam başda mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGedirəm yolum dağdı,Gör nə heyvalı bağdı.Unutmaram yarımı,Nə qədər canım sağdı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGetdi gülüm, ağlaram,Oldu zülüm, ağlaram.Əsdi vədə küləyi,Təkdi gülüm, ağlaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGetdiyin Məşəd olsun,Yolların gülşad olsun.Səni məndən edəni,Nə gülsün, nə şad olsun.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəl eyləmə qan, gözəl,Qurban sənə can, gözəl.Mən həsrətdən yanıram,Sən də alış, yan, gözəl!Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGəl məni fağır ağla,Kimsəm yox, sağır ağla.Çıx dağların başına,Adımı çağır ağla.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəl saçını görüm mən,Bir-bir bəndin vurum mən.Eyvana çıx, bax barı,Bir üzünü görüm mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlin bir aş bişirdi.Gözündə yaş bişirdi.Bütün günü işlədi,Elə bil daş bişirdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəlin, diləkli gəlin.Ceyran ürəkli gəlin.Xəmir yoğur, çörək yap,Ay şir biləkli gəlin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlin, gəlin, qız gəlin,İncilərin düz gəlin.Yeddi oğul istərəm,Sonbeşigin qız gəlin.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGəlin var nəs deyəndi,Gəlin var pis deyəndi.Gəlnimə qurban olum,Oğlumu istəyəndi.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGəlinə bax, gəlinə,Əlin qoyub belinə.Gəlinə söz deməyin,Çıxar gedər evinə.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqGəlinə bax, gəlinəKəmər bağlar belinə.Gəlinin incə beli,Düşdü namərd əlinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəlinə bax, gəlinə,Zülfün alıb əlinə.Şirin-şirin danışır,Mən qurbanam dilinə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGəlirdim Kür yaxası,O taydan qız baxası.Bənövşədən köynəyi,Qızılgüldən yaxası.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlirdim yollarından,Min bir xəyallarından.Gəl bir qol-budaq olaq,Həmayil qollarında.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGəlmişəm görüm səni,Qəlbimə hörüm səni,Qapı-baca bağlanıb,Bəs hardan görüm səni?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəmi gəldi, yan gəldi,İçində bir çan gəldi.Vətən həsrəti çəkdim,Gözlərimə qan gəldi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncədən fanar gəlir,Od düşüb yanar gəlir.Binamus yar ucundan,Başıma nələr gəlir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin gədikləri,Şəkərdir yedikləri.Yadıma bir-bir düşür,Yarımın dedikləri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin ocağında,Şam yanar bucağında.Baş qoyum dizin üstə,Can verim qucağında.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin talx üzümü,Yeməyə talx üzümü.Qoyub getmə məni sən,Danlayar xalx üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəncənin təlx üzümü,Yeməyə təlx üzümü.Səndən əl götürmərəmDanlasa xalq üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGəzdim dağı, aranı,Seçdim ağdan qaranı,Vətən viran olsa da,Cənnət gördüm oranı.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGəzərəm suz dağları,Bağlayıb buz dağları,Hər kəsə şirin olar,Öz yeri, öz dağları.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarGörünən Hürü dağı,Duman, gəl, bürü dağı.Ölü dağı çəkilər,Çəkilməz diri dağı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGörünən İncədimi?Miyanə, İncədimi?Aşiq der: Baba görsün,O mən deyinsədimi?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətGöy bulud Şirvan ayaz,Yaz məni, Şirvana yaz.Günün yad eldə keçsə,Dərdini Şirvana yaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGöyçə gözüm göyərdi,Analığım söyərdi.Yumruğuna qıymazdı,Toxmaq ilə döyərdi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöydə bulud oynadı,Gözüm yardan doymadı.Çatmış idim xoş günə,Namərd fələk qoymadı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGöydə qara buludlar,Parə-parə buludlar.Mənim ərzi-halımı,Apar yara, buludlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGöydə ulduz cidadır,Canım yara fədadır,Qəm çəkmə, maral gözlüm,Mətləb verən xudadır.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöydə ulduz xoş keçdi,Cavan ömrüm boş keçdi.Fələk, gəl sübut elə,Hansı günüm xoş keçdi?!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGöyərçin, alabaxta,Yuvası qəlbi taxta.Məni vuran bəy oğlu,Qan qussun laxta-laxta.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGöyərib qamışları,Göydə oynar qışları.Oğlan qızın dərdindən,İtirib camışları.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGözlərin xumar indi,Yaş tökər, yumar indi.Tök zülfün üzün üstə,Könül nar umar indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGözlərin şuxdu sənin,Kipriyin oxdu sənin.Dərdin məni öldürür,Xəbərin yoxdu sənin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGül açıb ara bağlar,Bəzənib bara bağlar.Aşiq yüz söz qoşsa da,Axırın yara bağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGül açıb bənövşəsi,Qırılıb qəlb şişəsi.Yarı nadan gözəlin,Ağlamaqdı peşəsi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGül əkdim şaxta vurdu,Nə yaman vaxtda vurduBimürvət ovçu məniYardan iraxda vurdu.–Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGüldanda gül əkirəm,Güldən gülab çəkirəm.Düşəsən eşq oduna,Görəsən nə çəkirəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatGüləm, gülə neylərəm?Gülə xidmət eylərəm.Versələr öz gülümü,Özgə gülün neylərəm?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkGülərəm, gülən olsa,Dərdimi bilən olsa.Ağlamaqdan doymaram,Göz yaşım silən olsa.Oxu və paylaş →