Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
E hərfi ilə başlayanlar
- Bayatı · Tale, dərd və fələkEl batır qəm dəryada,Kimə gedim mən dada?İgid döyüşdə ölsə,Adı qalar dünyada.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEl bu dağda ya qışlar,Ya köç elər, ya qışlar.Başım cəllad əlində,Nə vurar, nə bağışlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEl köç eylər bu dağa,Quşlar qonmaz budağa.Elə ki, mən dözürəm,Heç kim dözməz bu dağa.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarEl köçər, dağa gəli,Bülbüllər dağa gəli.Namərdin qaydasıdı,Can verən çağa gəli.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarEl köçür dağa sarı,Ucadır dağ hasarı.Ürəyin nar istəsə,Dolan gəl bağa sarı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEl-obada, katda mən,Kam qoymaram yadda mən.Gəlincə yol gözlərəm,Qallam kəbin altda mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatElat köçür atdan sən,Gözlə özün yaddan sən.Dilimin əzbərisən,Heç çıxmadın yaddan sən.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarEldə viranə bağlar,Dönmüş viranə bağlar.Bülbül öldü, gül soldu,Qaldı viranə bağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEldən yana düşmüşəm,Nahaq qana düşmüşəm.Yar məni bərkə çəkib,İmtahana düşmüşəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatElə baxma, belə bax,Dağdan gələn yelə bax.Tər tökdük oba saldıq,Evlər yıxan sələ bax.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətElədimi dad ola,Fəryad ola, dad ola.Qorxuram qərib öləm,Ağlayanım yad ola.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi ay qabağı,Buluddu ay qabağı.Yetimin üzü gülməz,Açılmaz ay qabağı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEləmi Baxtıyarım,Bax elim, bax diyarım.Üzündə göz izi var,Sənə kim baxdı yarım.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEləmi dağda qara,Zülfünü bağda dara.Vəfalı yardan ötrü,Rumu gəz, Bağdad ara.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi dan yeridi,Görünən dan yeridi.İki məmən arası,Yatmağa can yeridi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEləmi gözəl kimi,Baxarsan gözəl kimi,Dərddən saraldı, düşdü,Ürəyim xəzəl kimi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi gül açıldı,Yaz gəldi, gül açıldı.Rəngin nədən dəyişdi,Al oldu, gülə çaldı.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarEləmi gül istana,Şeh düşə, gül istana.Ayıq ol, şeyda bülbül,Xar qonar gülüstana.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi günü neylim?Gün vermir günü neylim?Ər döyür, baldız döyür,Mən belə günü neylim?Oxu və paylaş →
- Bayatı · Ana və ailəEləmi qalam qardaş,Səngərim, qalam qardaş.Yağı basqınçaq tapdı,Dardadı balam qardaş.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi qaldı səbir,Qovğadı, qaldı səbir.Nəyar insafa gəldi,Nə məndə qaldı səbir.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkEləmi mən pərişan,Halım yoxdu danışam.Varmı mənim kimisi,Dərdi dərdə qarışan?Oxu və paylaş →
- Bayatı · Ana və ailəEləmi nalam qardaş,Fəryadım-nalam qardaş,Top atıldı, bürc sındı,Alındı qalam qardaş.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi o gülə nəm,Tez keçdi o gülə nəm.Nə deyirsən and içim,Səninlə o gülənəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEləmi tağı bizdən,Eyvanın tağı bizdən.Yağılar basqın etsə,Alarlar bağı bizdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEnişdə enənə bax,Dolayı dönənə bax.Muradına çatmayıb,Çırağı sönənə bax.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşit sözüm deyim yar,Donum göndər geyim yar.Sən gedəli qalmayıb,Ürəyimdə heyim yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşq oduna bir-bir yan,Bir kabab ol, bir büryan.Sənlə keçən günləri,Sal yadına bir-bir, yanOxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEşq oduna qalannam,Yar başına dolannam.Vətəndən ayrı düşsəm,Viran ollam, talannam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEşqindən oldum xəstə,Mənəm zaru şikəstə.Məmələrin nazbalış,Can verim dizin üstə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarEv tikdim tağlı olsun,Bağ saldım bağlı olsun.Deyirlər nə vaxt gələr?Deyirəm, sağlıq olsun!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEv tikdim, yalan oldu,Gül ömrüm talan oldu.Nə çubuğum bərkidən,Nə keçəm salan oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvin dalı qarağat,Qarağatdan yara at.Yardan mənə bir xəbər,Mən də olum farağat.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvində, eçiyində,Yat quzum, beşiyində.Dan ulduzu, bir də mən,Durmuşuq keşiyində.Oxu və paylaş →
- Bayatı · Ana və ailəEvinin yanı çiçək,Yarpağı ləçək-ləçək.Qardaşın adaxlısı,Bəstəboy, gözü göyçək.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvləri səkilidi,Reyhanlar əkilidi.İki könül bir olsa,Kim onun vəkilidi?!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvləri Tərtər üstə,Tər yorğan örtər üstə.Yarın çuxası bizdə,Görən nə örtər üstə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqEvləri yaxın yarın,Boyuna baxım yarın.Gözəldi, göz götürməz,Muncuğun taxım yarın.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatEvlərində var kilim,Lal olsun mənim dilim.Gedəndə küsdü getdi,Gəlsə necə dindirim?Oxu və paylaş →