Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
D hərfi ilə başlayanlar
- Bayatı · Məhəbbət və eşqDəryada fanaram mən,Od tutub yanaram mən.Qaş altdan göz eyləmə,Arifəm, qanaram mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDəsmalın ağ saxlaram,Yuyaram ağ saxlaram.Bir də yanıma gəlsən,Yüz il qonaq saxlaram.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDəyirmanın pərindən,Suya çıxar dərindən.Elin sözü bir olsaDağ oynadar yerindən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDişlərin içi dəndi,Dürdəndi, incidəndi.Özün əcəb gözəlsən,Dilin can incidəndi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDivara sancdım mıxı,Gözümə gəlməz yuxu.Mən yadına düşəndə,Yazdığım şeiri oxu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDolan, gəl bizə, ceyran,Zülfün tök üzə, ceyran.Qorxuram yad ovçudan,Gəl çıxma üzə, ceyran.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDolan gəl bu dağları,Yaşıl çəmən, bağları.Aldı fələk əlimdən,Mənim gözəl çağları.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDolangilən dağı sən,Məclisdə ol sağı sən.Bülbül ol, qon budağa,Bəzə bizim bağı sən.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDolanıb dağ gəzirəm,Bülbül tək bağ gəzirəm.Əlli yerdən yaram var,Genə də sağ gəzirəm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDolanıb dağ gəzirəm,Bülbüləm, bağ gəzirəm.Yüz yerimdən yaram var,Deyirlər sağ gəzirəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDolanır keçir zaman,Fələk vermir bir aman.Nə dosta e’tibar var,Nə yarda əhdü peyman.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDon tiksən ağı bizdən,Belinin bağı bizdən.Qoymayın yad ellini,Almağa bağı bizdən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDost bizə gəlməz oldu,Dərdimi görməz oldu.Mən ona neyləmişdim,Halımı bilməz oldu.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqDost əlindən al oxu,Al, kamanə sal oxu.Göz yaşilə ərzəm var,Yetişincə, al oxu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDostluqdan bərin dağlar,Çeşməsi sərin dağlar.Yad ovçuya yar oldun,Bir utan, ərin, dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDövran çox qarışıqdır,Yad gəlib barışıqdır.Ayıq, sayıq dolanmaq,İgidə yaraşıqdır.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDövranın gərdi məndə,Can qurban dərdiməndə.Eşqə ürcah olanınTapılar dərdi məndə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDuman gəlir çən yayır,Hər tərəfə tən yayır,Sən say öz saydığını,Gör bir fələk nə sayır.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDumanlı dağlar könlüm,Niskilli bağlar könlüm.Nə açılar, nə gülər,Həmişə ağlar könlüm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDur ayağa qız, gəlin,Tellərini düz, gəlin.Toyçulara gəl yaxın,Düş ortaya süz, gəlin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDur get xoruz banıdır,Evimizin yanıdır.Baxtıma bir yar düşüb,Behiştin qılmanıdır.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDurna kimi süzmərəm,Yaman dərdə dözmərəm.Məndən uzaq gəzsən də,Əlim səndən üzmərəm.Oxu və paylaş →
- Bayatı · Ana və ailəDurna qapı dalında,Gözüm qaldı xalında.Gedim deyim anama,Gəlim qalım yanında.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDurna sanınnan keçər,Ötər, sanınnan keçər,Igid vətən yolunda,Ölər canınnan keçər.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDurna tək süzmək olmaz,Bu dərdə dözmək olmaz.Bir qəmzə, bir naz üstə,Yardan əl üzmək olmaz.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDünya nədi, hədərdi,Ömür gəldi-gedərdi.Ürək xırda, qəm böyük,Hara yığım bu dərdi.Oxu və paylaş →