Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
D hərfi ilə başlayanlar
- Bayatı · Təbiət və dağlarDağ başına sis gəldi,Ocaq yandı his gəldi,Mənim bu qara baxtım,Əzəl başdan pis gəldi.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağ başında əsən, dur,Yollarımı kəsən, dur.Aləm Kə’bəyə dönsə,Mənim qibləmə sən dur.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağ başında fanaram,Söz-söhbəti qanaram.Bir gün üzün görməsəm,Alışaram, yanaram.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDağ başında qara bax,Üstün alan sara bax,Aləm cənnətə dönsə,Mənə xoşdur Qarabağ.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağa qar düşən günü,Ürəyim bişən günü.Yar mənə dağ üstündənDağ çəkdi nişan günü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDağda çən tutqun oldu,Gəldin sən tutqun oldu,Nədəndir ki, ürəyimGün-gündən tutqun oldu?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağda çiskin olurmu?Duman, çiskin olurmu?Ağlar gözüm, çox ağla,Bundan pis gün olurmu?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDağdan aran yaxşıdır,Tirmə xaran yaxşıdır.Boyun gödək, gözün tum,Sənin haran yaxşıdır?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağdan enən sürüdü,Dağı duman bürüdü.İlqarsız yar yolunda,Cavan ömrüm çürüdü.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağlar başı dumandı,Elin halı yamandı.Yar yıxdı gönlüm evin,Bax, ürəyim virandı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDağlar başı tütündü,Kimin qəlbi bütündü?Əyil, öpüm üzündən,Dünya ölüm-itimdi.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağlar başın sar almış,Duman almış, qar almış.Göydən düşən bir daşlaOd-ocağım qaralmış.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağlar marala qaldı,Otu sarala qaldı,Sərin çeşmə, göy yaylaq,Yenə marala qaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDağlar, mənə qar göndər,Əsirgəmə, bar göndər.Ya dərdimə çara tap,Ya dərmanı var göndər.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağlar, siz nə dağlarsız?Qardan kəmər bağlarsız.Gül sizdə, bülbül sizdə,Daha niyə ağlarsız?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağlara bir ün düşər,Bulud gedər, gün düşər.Düşmənə düşən fürsət,Mənə də bir gün düşər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağlara sada düşdü,Dərd üstdən qada düşdü.Bulud keçdi, ay çıxdı,Yar gəldi yada düşdü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDağlarda gəzən mənəm,Əhdim var bəzənmənəm,Ağır elin qızıyam,Qürbətdə gəzəmmənəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağlarda yağış durmaz,Qar yağar, yağış durmaz.Gözəldə nə qaydadı,Zülfüni yığışdırmaz.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağlardan səda gələr,Məzlumlar dada gələr.Gəlsin mənim canıma,Sənə hər qada gələr.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağları gəzdim gəldim,Daşları düzdüm gəldim,Axtardım tapammadım,Ümidim üzdüm gəldim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağların başı ilə,Dibinin daşı ilə,Yara bip namə yazımGözümün yaşı ilə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağların başına bax,Qar yağıb başına bax.Mən sevdim yad apardı,Fələyin işinə bax.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağların çoxdu qarı,Sərindir bulaqları.İzin ver ağ sinənə,Baş qoyum, yatım, barı.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqDağların harayından,El köçər harayından.Mərdin daxması yaxşı,Namərdin sarayından.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağların qarı mənəm,Gün yoxdur, ərimənəm.Qəbrimi dayaz qazın,Cavanam, çürümənəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDağların o üzündə,Ceyran otlar düzündə.Mən yarımı tanıram,Qoşa xal var üzündə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağların sal buzları,Sal daşı, sal buzları.Hər gecə fərağında,Sayıram ulduzları.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağların siri də var,Ölən var, diri də var.Demə dərdli bir mənəm,Sənin tək biri də var.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDağların şaxta qarı,Dörd yanı oldu barı.Kasıba qız verməzlərKəsilsin qaydaları.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDamnan dama gəlmişəm,Gül almağa gəlmişəm.İtirmişəm yarımı,Axtarmağa gəlmişəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDanışdı dindi zülfün,Gərdənə mindi zülfün.Dəstələ qoy qoynuna,Qan eylər indi zülfün.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDaşları açdım ancaq,Belimdə sarı sancaq.Nə qız oldum, nə gəlin,Odlara yandım ancaq.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDərbənd yolun kəsərəm,Yarpaq kimi əsərəm,Yar qürbətdən gələndəQuzu qurban kəsərəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDərd ürəyim oyunca,Qurban gəldim boyunca.Eşitsən ki, ölmüşəmAğla mənə doyunca.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDərdim bir-iki deyil,Yüküm qəm yükü deyil.Hər kimin dərdi varsa,Mənim ki təki deyil.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDərdim nədir, bilirəm,Göz yaşımı silirəm.Bir yandan bu ayrılıq,Bir yandan can verirəm.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDərdimə çarə, gedim,Mən baxtıqara gedim.Sən məni oda saldın,Haram var, hara gedim?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDərdin danış bilənə,İş başına gələnə.Açma ürək dəftərin,Hər üzünə gülənə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDərdlərə çara təbib,Düşmüşəm nara, təbib.Yarımı tapıb gətir.Sağalsın yara, təbib.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDərya dərin kim üzər,Suyu sərin kim üzər;Bir vəfalı yar olsa,Ondan əlin kim üzər?Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarDərya kimi bulannam,Bağça kimi sulannam.Sağ gözüm sənə qurban,Sol gözümlə dolannam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDərya səndən kim keçdi,Kim qərq oldi, kim keçdi?Sən məndən üz döndərdin,Xəyalından kim keçdi?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkDərya səndən, sal məndən,Yaşıl səndən, al məndən;Fələk, zülmün bəs eylə,Gəl bu canı al məndən! –Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDəryada gəmim qaldı,Biçmədim zəmim qaldı.Arzun ürəkdə qalsın,Necə ki mənim qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDəryada gəmim qaldı,Biçmədim zəmim qaldı.Çox çəkdim yar cəfasın,Mənə də qəmim qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatDəryada fanar gəzər,Axşamlar yanar gəzər.Eldən ayrı düşənlər,Günlərin sanar, gəzər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqDəryada fanar gəzər,Hər axşam yanar gəzər.Mən yara heyləmişəm,Yar məndən kənar gəzər.Oxu və paylaş →