Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
B hərfi ilə başlayanlar
- Bayatı · Ana və ailəBu qala bir qaladır,Dörd bir yaanı taladır.Ayrılmaq asan işdir.Görüşmək bir baladır.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu qala, daşlı qala,Çınqıllı, daşlı qala.Qorxuram qərib öləm,Yar gözü yaşlı qala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu qala, daşlı qala,Çınqıllı, daşlı qala.Qorxuram yar gəlməyə,Gözlərim yaşlı qala.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu maral sayıq deyil,Yatıbdır, ayıq deyil.Qürbətdə tək qalmağın,Adına layiq deyil.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu sazı alan gəlməz,Oxuyub-çalan gəlməz,İgidi öldürsələr,Dilinə yalan gəlməz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yer ellər yeridi,Şana tellər yeridi.Qaysaqlanmış yarama,Təzə millər yeridi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerdə binə qaldı,El köçdü, binə qaldı.Qəmdən bir ev tikdirdim,Bilmədim kimə qaldı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBu yerdə su dayandı,Od gəldi, suda yandı.Dərdimi suya dedim,Alışdı, su da yandı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerin xanıyam mən,Eşqin sultanıyam mən.Yerbəyerdən vurursuz,Məgər moltanıyam mən?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yerlər tala yeri,Bürc yeri, qala yeri.Qiyamət o gün qopar,El köçə, qala yeri.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yol Cavada gedər,Dönər Cavada gedər.Uçubdu könlüm quşu,Gör nə havada gedər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yol gedir Xalxala,Yandı bağrım xal-xala.Qorxuram, gedəm qalam,Nazlı yarım xalx ala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yol Kaşana gedər,Aşar Kaşana gedər.Sənin bu yaraların,Yara nişana gedər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu yol yola tən deyil,Yar burdan ötən deyil.Qürbətdə xoş gün görsəm,Yenə də vətən deyil.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yoldan gedən ağlar,O nazik bədən ağlar.Soyulan qəflə mənimdir,Kiradar nədən ağlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu yoldan gedən gözlər,Dayanar nədən gözlər.İntizardı, qoy gedim,O nazikbədən gözlər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu yoldan qazax gedir,Elə bil duzax gedir.Yarım düşüb yadıma,Xəyalım uzaq gedir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu yoldan ötən yaxşı,Geyməyə kətan yaxşı.Gəzməyə qürbət ölkə,Ölməyə vətən yaxşı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu yoldan ötənə bax,Köynəyi kətana bax.Qürbətdə gözün açma,Açanda vətənə bax.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBu yollar buz bağlamaz,Namərdlər sirr saxlamaz!Həqiqətin təməli,Yüz tərpətsən laxlamaz.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBuxarı qurum oldu,Yandıqca qurum oldu,Hamının bir dərdi var,Mənə yüz zulum oldu.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBulaq üstə bəsti var,Bəstinin bir dəsti var.Sirr vermə, öz dostunaDostun da bir dostu var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBulağın başı ilən,Dibinin daşı ilən.Yara bir namə yazdım,Gözümün yaşı ilən.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBulud gəlir, çən gedir,Bir-biriylə tən gedir.Gəlib keçən bu günlər,Bir-bir ömürdən gedir.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBulud gəlir dağ üstə,Şeh tökülür bağ üstə.Şamamanı gizlətmə,Qoy görünsün tağ üstə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBuluddan nur süzüldü,El yaylağa düzüldü.El yaylaqdan gəlincə,Yarı canım üzüldü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBurda yolum oldu tən,Varmı bu yoldan ötən,Bu dünyaya şirin şey,Bir anadır, bir Vətən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBurdan bir atlı getdi,Atın oynatdı getdi,Gün kimi şəfəq saldı,Ay kimi batdı, getdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBurdan bir atlı keçdi,Atın oynatdı, keçdi.Gün kimi işıq saldı,Ay kimi batdı, keçdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBurdan bir atlı keçdi,Nalın parlatdı, keçdi.Hər kəsə vəfa qıldım,Məni ağlatdı keçdi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBurdan uzaq Gəncədi,Zülfün pəncə-pəncədi.Ölüm Allah işidi,Ayrılıq işgəncədi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBülbül ötənə dərdim,Yetdi bu tənə dərdim.Qoy çıxım yol üstünə,Deyim yetənə dərdim.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBülbül uçar bu dala,Qonar o dal, bu dala.Dost sözün açıq deyər,Düşmən deyər budala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBülbül uçar kollarda,Gül butağlı qollarda.Hardasa,n yar, hardasan?Gözüm qaldı yollarda.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBülbüləm nəva bilməm,Dərdliyəm dəva bilməm.Başımda bir sevda var,Başımnan sova bilməm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBülbüllər bağda gəzər,Şamama tağda gəzər.Eldə yad ovçu görüb,Maralım dağda gəzər.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBülbüllər süzər bağı,Dolaşıb gəzər bağı.Camalın gül qonçəsi,Açılsa, bəzər bağı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBülbülü ac saxlaram,Güldən bir tac saxlaram.Yarım utancaq olsa,Tutub dilmanc saxlaram.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBürüyüb düzü qurban,Qoç qurban, quzu qurban.Mərdin bircə tükünə,Namərdin yüzü qurban.Oxu və paylaş →