Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
B hərfi ilə başlayanlar
- Bayatı · Hikmət və həyatBabanın hərayı gör,Hər həftə, hər ayı gör.Yıxılmış, viran qalmış,Ömrünün sarayı gör.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBahar gəldi, qar getdi,Bağban getdi, bar getdi.Məni pis günə qoydu,Nakam öldü, yar getdi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBaharsız daşdı dünya,Çürük ağaşdı dünya.Kimə deyim dərdimi?Bütün qan-yaşdı dünya.Oxu və paylaş →
- Bayatı · Ana və ailəBaxdım şirin dillərə,Düşdüm quru çöllərə.Axtardım qohum-qardaş.Həsrət qaldım ellərə.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBağ-bağçalar şam olsun,Ya çinar, ya şam olsun.Gec gəlib, tez gedirsən,Otur, qoy axşam olsun.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBağa girmərəm sənsiz,Gülün dərmərəm sənsiz.Dağda ahu mələsə,Bil ki, o, mənəm sənsiz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBağa girmişcə varam,Gülün dərmişcə varam.Yarı yuxuda görsəm,Özün görmüşcə varam.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBağçanın üstü olmaz,Ocaqsız tüstü olmaz.Dostdan düşmən tapılar,Düşmənin dostu olmaz.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBağda maral çaş mələr,Çaş dolanar, çaş mələr.Mənim ahu-zarımdan,Dağ inildər, daş mələr.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBağçalarda gül gərək,Gül gərək, bülbül gərək,Sidq ilə dost olan kəs,Ürəkdən də bir gərək.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBağçalarda gül mənəm,Bülbül sənsən, gül mənəm.Mən səndən ayrılalı,Ağlayaram, gülmənəm.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBağçalarda yaz oldu,Bülbül, dərdin az oldu.Oxu dedim, ağladın,Bu necə avaz oldu?Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBağımda güllər gözəl,Oxur bülbüllər gözəl.Azadlıq dünyasında,Ömürlər, günlər gözəl.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağlar başı tel oldu,Yel əsdi tel-tel oldu.Bivəfa yar ucundan,Gözüm yaşı seı oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağlarında üzüm var,Getmə dayan, sözüm var.Gözlərindən qorxuram,Qaşlarında gözüm var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağban duzər hasarı,Bağa qoymaz yasarı.Qəmdən bir ev tikmişəm,Hicrandandır hasarı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağça bar deyib ağlar,Heyva, nar deyib ağlar.Dərya üstə bitən gül,O da yar deyib ağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBağçasız, barsız dağlar,Heyvasız, narsız dağlar.Yarını itiribdi,Qalıbdı yarsız dağlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBağda güllər biçildi,Gül tikandan seçildi.Bircə yol səni görcək,Tutqun gönlüm açıldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağı gəzdim əzəldən,Dəstə tutdum xəzəldən.Bilsəydim vəfan budur,Dost olmazdım əzəldən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBalıq suda yan verdi,Yaram coşdi, qan verdi.Dost məni yoxsul görcək,Üz çevirib yan verdi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBarmağım beşdi mənim,Günlərim keçdi mənim,Cəfa çəkdim, yurd saldım,Axırım heçdi mənim;Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBaşı ağ qarlı dağlar,Yazlı, baharlı dağlar.Yarla çıxım sinənə,Əhdə ilqarlı dağlar.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBaşı bəlgəli dağlar,Dibi kölgəli dağlar.Durmuşam yol ağzında,Nə vaxt el gəli, dağlar?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşım ağrır nədəndir,Ürək zədən-zədəndir.Səndən ayrı düşməyimBilmirəm ki, nədəndir?!Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarBaşın nədən ağarmış?O gül bədən ağarmış,Sənə güvəndiyim dağ,Sənə də qar yağarmış.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşına mən dolanım,Mən dönüm, mən dolanım.Tanrı səni saxlasın,Kölgəndə mən dolanım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşında ağ şalı var,Örtübdü. ağ şalı var.Çıx bir yollar üstünə,Gör kimə oxşarı var?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBaşında şalın nədir,Danış, xəyalın nədir?Yanımdan ötüb keçib,Demirlər halın nədir?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBelədimi qürbət el,İgid oğul, qürbət elAdamı tez qocaldar,Qərib ölkə, qürbət el.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBir ev tikdim dəyirmi,Dirəkləri iyirmi,Namərd hara gedirsən?Bu yurd sənin deyilmi?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBir gül əkdim, xar oldu,Kətan köynək dar oldu.Mənə söz verən dilbər,Özgələrə yar oldu.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqBir qurban kasad olmaz,Mərd əli kasad olmaz.Yüz namərdin çörəyin,Doğrasan kasa dolmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBir yaralı qoçam mən,Yerim yoxdu uçam mən.Ürək ki, süfrə degil,Hər gələnə açam mənOxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBir vecsiz daşdı dünya,Çürük ağaçdı dünya.Kimə deyim dərdimiTamam qan-yaşdı dunya.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBizim evin quşları,Qızıldan sərpuşları.Qızlar seyrə çıxanda,Alır başdan huşları.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBostan əkdin, gözlə bar,Götür belin arxa var.Səsinə səs verməyəEl kimi bir arxa var.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBostanı ləklədilər,Tağını təklədilər.Düşdüm nadan əlinə,Nazımı çəkmədilər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBoyda bir qarış mənəm,Hər işə qarışmanam,Çəkil, dindirmə məni,Küsmüşəm, barışmanam!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu aşiq qəm əridir.Ay üzün qəməridir.Atı məhmiz öldürür,İgidi qəm əridir.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu ay hansı fəsildi?Çayın suyu kəsildi.Peymanından dönmədi,Nəcabəti kəsildi.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkBu ay mənim ayımdı,Kimlər mənim tayımdı.Gözdən axan qanlı yaş,Fələk verən payımdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu bağ əmimgilindir,Gəl tərini sil indi.Cəfa çəkdin, yar sevdin,Yarın qədrin bil indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu bağlar meyvəlidi,Gözlərin işvəlidi.Nə yatmısan xümar göz,Qoynunda yad əlidi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu bazar, uzun bazar,Barmaqlarım xətt yazar.Xudam yazan yazını,Bəndə nə deyər pozar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu çaydan gəmi gəldi,Şeh düşdü, nəmi gəldi,Gəl gözlərindən öpüm,Ayrılıq dəmi gəldi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu çaylar coşar indi,Qaynayıb daşar indi.Gözüm dağlarda qalıbYar gəlib aşar indi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatBu dağda azdı canım,Üzülüb nazdı canım.Yardan bir xəbər gəlib,O gündən sazdı canım.Oxu və paylaş →