Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
A hərfi ilə başlayanlar
- Bayatı · Vətən və qürbətAraz daşanda bilər,Kür qarışanda bilər.Yar yarının qədrini,Ayrı düşəndə bilər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz daşanda mələr,Kür qarışanda mələr.Bala öz anasından,Ayrı düşəndə mələr.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz gəlir, lillənir,Suyu gəlir, güllənir.Yarı xəlvətdə görcək,Mənim qəlbim dillənir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz qırağı meşə,Gəti dəsmalın döşə.Arasına gül düzüm,Dövrəsinə bənövşə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz üstə, buz üstə,Kabab yanar köz üstə.Qoy məni öldürsünlər,Bir ala göz qız üstə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz üstə nanəyəm,Yel, əsmə, pərvanəyəm.Yarım gedib Tiflisə,Dəliyəm, divanəyəm.Oxu və paylaş →
- Bayatı · Ana və ailəArif odu söz qana,Söz anlaya, söz qana.Sənə süd verən ana,Olsun mənə qaynana.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatArmud daldan süzülər,Yerə düşər büzülər.Bir dana bizə verin,Xəstəmiz var, üzülər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqArzım aça bilmirəm,Yoldan keçə bilmirəm.Belimdə hicran yükü,Atıb qaça bilmirəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAsmada üzüm qaldı,Dərmədim, gözüm qaldı.Yarım getdi, gəlmədi,Ürəkdə sözüm qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq arada qaldı,Peykan yarada qaldı.Qohum uzaq, yar iraq,Nəşim arada qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq aranı dağlar,Peykan yaranı dağlar.Könül istər, əl çatmaz,Kəsib aranı dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq gəzər mahalı,Sözlə bəzər mahalı.Çox gəzib, çox dolanan,Hər işdən olar halı.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkAşiq naçar ağlama,Pis gün keçər ağlama.Fələk bağlı qapını,Bir gün açar ağlama.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq süzgün gözlərim,Qəmdən üzgün gözlərim.Gözəldən doya bilməz,Baxsa yüz gün gözlərim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiqin çoxdi sənin,Kiprigin oxdi sənin.Yolunda can qoymuşam,Xəbərin yoxdi sənin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq gəzər dağ-daşı,Axtarar yaşılbaşı.Can alan bir gözəlin,Sürməni neylər qaşı?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq neylər yad aşı,Çaxçaq döyər ha daşı.Yukun hicran yukudu.Kirəkeşsən ha daşı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq sözə gəlməsin,Ceyran düzə gəlməsin.Getsin qara buludlar,Bir də bizə gəlməsin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq sözün gizlədi,Sözün düzün gizlədi.Sən baxçaya çıxanda,Lalə üzün gizlədi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşığam can burada,Ləli-mərcan burada.Yarı burada gördüm,Qoy verim can burada.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşığam, o yan yeri,Yuxudan oyan, yeri.Yüz il sel oya bilməz,Bir gün qəm oyan yeri.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAtım-tutum alma, yar,Evdə yalqız qalma, yar,Əl mənim, ətək sənin,Nəzərindən salma, yar.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkAtladım bağdan-bağa,Əlim dəgdi çardağa.Dünyadan kam almamış,Necə girim torpağa.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy batdı, qaş qaraldı,Bu gün rəngim saraldı.Yardan ayrı düşəli,Dünya mənə daraldı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAy çıxdı düzə düşdü,Qıvrım tel üzə düşdü.Fələk bir iş işlədi,Ayrılıq bizə düşdü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy çıxdı, qadir Allah,Təqsirim nədir, Allah?Ya mənim sevgilimi,Ya mənə səbir Allah.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarAy dolandı, il aşdı,Bağım, bağçam gül aşdı.Yalvardım danışmadı,Küsən kimi dil aşdı.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarAy dönüb ilə dağlar,Gəlibdir dilə dağlar.Bülbül qonub oxuyur,Bürünüb gülə dağlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy gədikdən doğanda,Soğan qabıq qoyanda.Mən alnına yazıldım,Sən anadan doğanda.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy gəlin, çiçək gəlin,Gözləri göyçək gəlin.Sən mənə bax, mən sənə,Bu yoldan keçək gəlin.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy gəlin, gözüm gəlin.İşlərəm özüm gəlin.Neyləsin qaynanası,Tənbəldir bizim gəlin.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAy gəlin, sənə qurban,Dolan gəl dərə, qurban.Qardaş evi yaxşıdır,Yenə də ərə qurban.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy niyə güldü getdi?Gecəni böldü getdi.Yarım elə gözəldi,Əzrayıl aldı getdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy oğlan çıraqlısan,Əsli Qarabağlısan.Bir gözəl yar ucundan,Sən də sinədağlısan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatAy ordan tək-tək doğar,Gün burdan tək-tək doğar.Sənin kimi oğlanı,Analar tək-tək doğar.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkAylar keçdi, il oldu,Su bulandı lil oldu.Məni bu dərdə salan,Ağzımdakı dil oldu.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAypara tək üzə bax,Qələm qaşa, gözə bax,Deyirsən, sevim səniAnam deyən sözə bax!Oxu və paylaş →