Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Ş hərfi ilə başlayanlar
- Bayatı · Vətən və qürbətŞaftalı çiçəkləndi,Qərənfil ləçəkləndi.Ağla, gözlərim, ağla,Ayrılıq gerçəkləndi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqŞalı asdım dirəkdən,Bir ah çəkdim ürəkdən.Sənsiz sağalmaz yaram,Təbib gəlsə Firəngdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞamama tağda durdu,Gül açdı, tağda durdu.Cəfa çəkdim gül əkdim,Onu da şaxta vurdu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqŞəftəliyəm, ağam mən,Hər meyvədən çağam mən.Qorxma, vəfalı dostum,Ölməmişəm, sağm mən.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarŞərbətə fincan gəti,Laləyə mərcan gəti.Görüşümə gələndə,Cismimə bir can gəti.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞimşək çaxır gözlərdən,Qan-yaş axır gözlərdən.Nə olmuş ya İlahi?Alov qalxır sözlərdən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqŞirin çayın qəndiyəm,Zülflərin kəməndiyəm.Aləm tufana getsə,Gözlərinin bəndiyəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞirmayi telə işlər,Dəyirman yelə işlər.Heç kafərin başınaGəlməsin belə işlər.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkŞirvana yol bağlaram,Dərd əlindən ağlaram.Yardan kağız almasam,Mən də küsü saxlaram.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanda xəstə mənəm,Xəstə şikəstə mənəm.Baş yastıqda, göz yolda,Qulağı səsdə mənəmOxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvandan xəstə gələr,Boyları bəstə gələr,Xaraba ölkənizə,Sağ gedən xəstə gələr.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvandı, xan yeridi,Ordubad can yeridi.Sağımdan güllə dəydi,Solumdan qan yeridi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın ağ alması,Yeməli ağ alması.Qiyamət günə qaldı,Yaramın sağalması.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın gədikləri,Almadır yedikləri.Yadıma bir-bir düşər,Yarımın dedikləri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın küçələri,Banlayır beçələri.Çağırdım öz yarımı,Hay verdi neçələri.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın təlx üzümü,Yeməyə təlx üzümü.Səndən əl götürmərəm,Danlasa xalq üzümü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın yastı dağı,Su gəldi basdı dağı,Gedirdim yar yanına,Yağılar kəsdi dağı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətŞirvanın yastı yolu,Su gəldi basdı yolu.Gedirdim yar görməyə,Namərdlər kəsdi yolu.Oxu və paylaş →
- Bayatı · Tale, dərd və fələkŞirvanın yollarında,Nar dərdim kollarında.Olaydım bir cüt qolbaq,Yar sənin qollarında.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞuşa qədim qaladı,Dörd bir yanı taladı.Sevgi şirin nemətdi,Ayrı düşmək bəladı.Oxu və paylaş →