Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Ç hərfi ilə başlayanlar
- Bayatı · Hikmət və həyatÇağırdım, Sənəm, Sənəm,Səs gəldi: mənəm, mənəmDedim:-Ləbin kim əmsin?Dedi ki, sən əm, sən əm!Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇağırıram haray, gəl,Hər həftə gəl, hər ay gəl.Bir ilə dözmək olmur,Heç olmasa hər ay gəl.Oxu və paylaş →
- Bayatı · Mərdlik və dostluqÇalmanı başa çaldı,Göz üstən qaşa saldı.Mən namərdə neylədin,Ömrümü daşa çaldı?!Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətÇay deyiləm axım bir,Dağı-daşı yaxım bir.Qanadım yox ucalım,Vətən sarı baxım bir.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇayda sular dondu, gəl,Bağa quşlar qondu, gəl.Dolaqsız gedən oğlan,Dolaq tamam oldu, gəl.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇaylar təkin axmaram,Başa həna yaxmaram.Bir dəfə üzün görsəm,Aya, günə baxmaram.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarÇəkilməz duman yerdən,Küsəllər uman yerdən.Bir maral itirmişəm,Gəzirəm guman yerdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇəpər-çəpər oldu, gəl,Üstə quşlar doldu, gəl.Gözləməkdən al rəngim,Saralıban soldu, gəl.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətÇimdim Gəncə çayında,Baharında, yayında.Mən azadlıq quşuyam,Düşmən canın hayında.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarÇıxaram dağlara mən,Baxaram yollara mən.Bir günə qatlanmazdım,Qatlandım illərə mən.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarÇıxaram dağlara mən,Yerim yoxdi qaçam mən.Ürək ki, süfrə deyil,Hər gələnə açam mən.Oxu və paylaş →
- Bayatı · Təbiət və dağlarÇıxdım Kəpəz dağına,Baxdım cənnət bağına.Bənövşə calaq olub,Qızılgül yarpağına.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇıxdım, şəhər göründü,Özgə təhər göründü.Sənsiz keçən günlərim,Mənə zəhər göründü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqÇıxıbdı düzə ceyran,Düşübdu üzə ceyran.Çox tərlan ovlamışam.Görünmür gözə ceyran.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÇoban qoyuna gedər,Seçər soyuna gedər.Çobanın qoç toğlusu,Ellər toyuna gedər.Oxu və paylaş →
- Bayatı · Ana və ailəÇuxası yaşıl oğlan,Geyin yaraşır, oğlan.Bizim bağda dolanma,Anam dalaşır, oğlan.–Oxu və paylaş →