Azərbaycan xalq müdrikliyi
Atalar Sözü
Əsrlərin sınağından çıxmış Azərbaycan atalar sözləri və el məsəlləri.
6410 atalar sözü
Axtarış və süzgəc
Mətnləri kəşf et
Atalar Sözü
B hərfi ilə başlayanlar
- Atalar Sözü · Birlik və dostluqBaş-başa verməyincə daş yerindən qalxmaz.Oxu və paylaş →
- Atalar Sözü · Birlik və dostluqBirisi minə bağlıdır, mini də birə.Oxu və paylaş →
- Atalar Sözü · Birlik və dostluqBir gün duz yediyin yerə, qırx gün salam ver.Oxu və paylaş →
- Atalar Sözü · Birlik və dostluqBirlik harada, dirilik orada.Oxu və paylaş →
- Atalar Sözü · Birlik və dostluqBir su ki, girdi qaba, oldu içməliOxu və paylaş →
- Atalar Sözü · Ehtiyat və sayıqlıqBir ağızdan çıxan min ağıza yayılar.Oxu və paylaş →
- Atalar Sözü · Ehtiyat və sayıqlıqBir daş altda, bir daş üstdə.Oxu və paylaş →
- Atalar Sözü · Elm, bilik və ağılBilməmək eyib deyil, soruşmamaq eyibdir.Oxu və paylaş →
- Atalar Sözü · Mərdlik və igidlikBeş günün yarağı, bir günün gərəyi.Oxu və paylaş →
- Atalar Sözü · Mərdlik və igidlikBir igid qırx ildə meydana gələr.Oxu və paylaş →
- Atalar Sözü · Mərdlik və igidlikBir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.Oxu və paylaş →
- Atalar Sözü · Mərdlik və igidlikBir qorxaq bir ordunu bada verər.Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBaşa dil gətirəni, el gətirə bilməz!Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBildiyindən danış, bilmədiyin səni güdaza verər.Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBir doğru ki, yalana oxşadı, onu deməzlər.Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBir misqal dilini qoyub, bir batman başı ilə danışır.Oxu və paylaş →
- Atalar Sözü · Söz, söhbət və danışıqBol çörəyin yoxdur, şirin dilin olsun barı.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBöyüyə hörmət vacibdir.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBöyük danışanda kiçik danışmaz.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBöyük danışanı kiçik götürər.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBöyük sözünə baxmayan, baxımsız qalar.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBöyük tökəni kiçik yığar.Oxu və paylaş →
- Atalar Sözü · Valideyn və övladBöyüyün sözündən çıxmazlar.Oxu və paylaş →
- Atalar Sözü · Vətən və elBağa baxarsan bağ olar, baxmazsan dağ olar.Oxu və paylaş →
- Atalar Sözü · Vətən və elBu dünyada şirin şey, bir anadır, bir Vətən.Oxu və paylaş →
- Atalar Sözü · Vətən və elBülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBağbanın könlü olsa, nə gəlib bağda bara.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBal tutan barmaq yalar.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBalıq istəyən özünü suya vurar.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBaşına gələn başmaqçı olar.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBaşını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBizim evdə də bir gün bayram olar.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBoş çanağı vurur dolu çanağa.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBoyunduruq bilir, öküz nə çəkir.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBu arxa bir su gəlib, ümid var bir də gələ.Oxu və paylaş →
- Atalar Sözü · Ümid, arzu və istəkBuğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBağa qınından çıxdı, qının bəyənmədi.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBazarın bazar, qadam sənə mərdumazar!Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBarmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBaşını yarıb, ətəyinə qoz tökür.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBaşından böyük danışma.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBaşı daşa dəyməyincə ağlı başına gəlməz.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBelə otlayan idin, niyə arıq düşdün?Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBeşdə alacağın yox, üçdə verəcəyin.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBədəsil əsil olmaz, boyunca qızıl qala.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBildiyini babasına da verməz…Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir ac qudurar, bir yalavac.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir dadanandan qorx, bir qudurandan.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir qəpiklik qutab kimi özünü ortaya soxma.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir ziyandan min böhtan doğar.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir gözü alça dərir, bir gözü gavalı.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir napakdan qorun, bir də köpəkdən.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBir tikəni bilməyən, min tikəni də bilməz.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBirə bir deyiblər, birə iki deməyiblər.Oxu və paylaş →
- Atalar Sözü · İnsan qüsurlarının tənqidiBoşdan bir çıxar, bərkdən iki.Oxu və paylaş →