Atalar Sözü
Söz, söhbət və danışıq · Q hərfi
Qəzanın beş barmağı var, işini işlədəndə ikisini adamın gözlərinə soxar, ikisini qulaqlarına, birisini də ağzına, adam nə görər, nə eşidər, nə də danışa bilər.
Anlamı: Böyük fəlakət və ya bədbəxtlik üz verdikdə insan çaşıb qalır, heç nəyi dərk edə bilmir.